Səkkiz ölkədən 46 komanda “Xəzər kuboku”turnirində iştirak edəcək.
Gənclər və İdman nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan məlumata görə, martın 23-dən 25-dək Bakıda, Kempinski-Badamdarmehmanxanasında ilk dəfə olaraq intellektual oyunlar üzrə “Xəzər kuboku”(“Caspian Cup”) beynəlxalq turnirinəstart veriləcək.
Təşkilatçıları Azərbaycan Respublikası Gənclər və İdman Nazriliyi və“Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi olan yarış üç gün davam edəcək. Buradabilik və bacarıq tələb olunan müxtəlif intellektual oyunlar keçiriləcək. Həmin oyunların sırasında ənənəvi olan“Nə? Harada? Nə zaman?”, “Fərdi oyun”və“ Breyn-ring” oyunları ilə yanaşı, “Xəmsə” milli intellektual oyunu üzrə ilk beynalxalq yarışma da olacaq.
Yarışın təşkilati tərəfdaşı“Atəşgah” İntellektual Oyunlar Klubudur. Turnir Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sponsorluğu və Gilan Holdinqin dəstəyi ilə həyata keçirilir. Bu tədbirdə Gürcüstandan, Rusiya Federasiyasından, Ukraynadan, Qazaxstandan, İsraildən, Özbəkistandan, Türkmənistandan və Azərbaycandan 50 yaxın komanda iştirak edəcək.
Yarışın təşkilatçısı “Xəmsə” milli intellektual oyunun yaradıcısı, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Faiq Hüseynovun sözlərinə görə: “Son illərdə bu səviyyədə turnir Azərbaycanda keçirilirməyib. Turnirin əsas məqsədi- milli intellektual oyun olan və artıq 2007-ci ildən ölkədə populyarlaşan “Xəmsə” oyununu beynəlxalq səviyyədə tanıdılmasıdır”. Layihənin informasiya dəstəyi disput.az və atc.az –dır.
Turnir zamanı mətbuat üçün konfrans təşkil olunacaq. Konfransın vaxtı barədə əlavə məlumat yaxın vaxtlarda yayımlanacaq.
Daha ətraflı məlumat əldə etmək üçün 4802808 telefon nömrəsi və ya[email protected]/* */elektron ünvan vasitəsi ilə təşkilatçılar ilə əlaqə saxlaya bilərsiniz.