8 MARTIN 8 DƏRDİ

8 MARTIN 8 DƏRDİ
MARAQLI
12:58 07.03.2011
2631

Sabah 8 Mart - Beynəlxalq Qadınlar günüdür. Bu gündə kişilər xanımlara öz sevgilərini bildirmək üçün gül-çiçək, ətir və başqa hədiyyələr alır. Bununla bağlı hazırda gül və hədiyyə bazarında böyük canlanma var. “Yeni Müsavat”ın əməkdaşı şəhərdəki bəzi gül və ətriyyat mağazalarında olub qiymətlərlə maraqlandı.

Baş çəkdiyimiz mağazaların əksəriyyətində qələbəlik idi. “Neftçilər” metrosu yaxınlığında yerləşən “Rozmari” gül mağazasının satıcısı Emin deyir ki, güllərin qiyməti xeyli artıb: “Artıq sifarişlər başlayıb. Qiymətlər hər gün 20-30 qəpik bahalaşır. Hazırda daha çox sifariş olunan qızılgüldür. Onun da 1 ədədi 5-8 manat arasında dəyişir. Buklet gülləri isə 6-9 manat civarındadır”.

“Nərgiz” gül mağazasının satıcısı da qiymətlərin artdığını söylədi: “Bağlamalarda ən çox qızılgüldən istifadə olunur. Onun 1 ədədi 7 manatdır. İran qızılgülü isə 6 manatdır. Liliya 8 manat, tülpan 4-5 manatdır. Bağlama gül isə 15-20 manatdır. 8 Mart günü güllər daha da bahalaşacaq. Yəqin ki, qiymətlərdə 1-2 manat artım olacaq”.
Digər mağazanın satıcısı Rafiq qiymətlərin hələ ki, yüksək olmadığını dedi: “8 Mart günü ola bilsin ki, cüzi artım olsun. Ancaq indi elə də qalxmayıb. Məsələn, ən çox sifariş olunan qızılgül 6 manat, orxideya gülünün ədədi 40 manat və bəzək üçün istifadə edilən digər güllər 4-10 manat civarındadır. Gül dibçəkləri isə 5-20 manat arasındadır”. Şəhərin mərkəzindəki gül mağazalarında çiçəklərin qiyməti daha çox artıb. Belə ki, qızılgül əvvəllər 4 manat idisə, indi 8 manat, tülpan 5-6 manatdır. Satıcıların sözlərinə görə, qiymətlərin artacağı gözlənilir: “Bütün güllərin qiymətində qalxma müşahidə olunur. Əsasən Türkiyədən gətirilən güllər baha satılır”.

Parfümeriya mağazalarında da alıcıların sayı çoxalıb. Bunu satıcılar da təsdiqlədi. Onların sözlərinə görə, son bir həftədə müştərilər çoxalıb: “Alıcılarımız çoxdur. Qiymətlər cüzi də olsa artıb. Kişilərin çoxu bahalığa görə hədiyyəni bir neçə gün əvvəldən alır. Çünki martın 8-də hədiyyələr nisbətən bahalaşacaq”.
“Michel” parfümeriya və kosmetika mağazasında məşhur brendlərin məhsulları satışdadır. Satıcının sözlərinə görə, son üç gündə ətirlərin qiyməti qalxıb: “Deməzdim çox bahalaşıb. Ancaq 3-4 manat qalxıb. Bizim mağazada əsasən Türkiyə, Fransa, Hollandiya və İtaliya ətirləri satılır. Elə kosmetikalar da bu ölkələrin məhsullarıdır. Məsələn, ”Shanel" ətrinin 30 ml.-si 70 manatdır. Əvvəl isə 60 manat idi. Ən ucuz ətirlərin qiyməti 40-50 manatdır. Yeni ətirlərin 30-40 ml.-si 80-130 manatdır. Kosmetikaların qiyməti 10 manatdan başlayaraq 150 manatadək dəyişir". Mağazaların əksəriyyətində orijinal məhsullarla yanaşı onların saxtaları da satılır. Ancaq ucuz qiymətə. Eyni adda olan ətir və digər məhsullar elə də baha deyil. Satıcılar deyir ki, kişilər daha çox elə saxta məhsullara üstünlük verirlər: “Çünki orijinal ətirlər baha olur. Əgər orijinalın 30 ml.-si 50 manatdırsa, saxtası 20 manatdır. Biz müştərilərə hər iki məhsulu təklif edirik. Seçim onlarındır”.
Şəhərdəki bir neçə parfümeriya dükanında endirimlər təklif olunur. “Sabina” və “İdeal” mağazalarında da həmçinin. Buradan hansısa məhsulu aldıqda 15-20 faiz endirim olur. Ancaq alıcılar bahalıqdan şikayətləndi: “8 Mart günü ləğv edilsə, yaxşı olar. Çünki xanıma həmin gün yaxşı hədiyyə almaq üçün gərək cibində azı 100 manatın olsun. Əməkhaqqımız da çox azdır. Əgər evdə 3-4 xanım varsa, onda vəziyyət daha da acınacaqlı olacaq”.
27 yaşlı Elşən də hədiyyələrin çox baha olduğunu düşünür: “Həyat yoldaşım və anam üçün ətir aldım. 8 Mart günü yəqin ki, bir az da baha olacaq. İndidən qiymətlər od tutub yanır”.

Ancaq kişilərə rəhmi gələn xanımlar da var. Yeganə adlı tələbə xanım deyir ki, qadınları bir ədəd güllə sevindirmək kifayətdir: “Qadınların sayı çoxdur. Əgər bir kişi 3-4 qadına hədiyyə alsa, onda onun cibi boşalar. Ən yaxşısı odur ki, kişilər sevdikləri xanımları bir güllə sevindirsinlər. Məncə, bu, bəs edər”.
Onu da deyək ki, müşahidə apardığımız müddətdə ən ucuz gülə metronun çıxışında rast gəldik. Əlində “50 qəpiyə güldən qalmadı” deyib ucadan çığıran 14 yaşlı Samir zanbaq satırdı: “Bahalı gülü alırsan, solur. Ən yaxşısı zanbaqdır. Həm ucuzdur, həm də gec solur. Özü də xanımlar bu gülü çox sevir”.

Günay Musayeva

//musavat.com

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paytaxt yollarında dayanacaq problemi: Taksi sürücüləri sərnişinləri harada mindirib-düşürməlidirlər? - VİDEO
01:35 20.04.2026
Paytaxt yollarında dayanacaq problemi: Taksi sürücüləri sərnişinləri harada mindirib-düşürməlidirlər? - VİDEO
Otlaq sahəsi əkinə çevrildi - Kəndlilər çıxılmaz vəziyyətdə qaldılar - VİDEO
00:27 20.04.2026
Otlaq sahəsi əkinə çevrildi - Kəndlilər çıxılmaz vəziyyətdə qaldılar - VİDEO
ABŞ qüvvələri İran gəmisinə atəş açıblar
23:51 19.04.2026
ABŞ qüvvələri İran gəmisinə atəş açıblar
Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO
23:44 19.04.2026
Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO
Bakıdan Məkkəyə velosipedlə gedir - Video
23:26 19.04.2026
Bakıdan Məkkəyə velosipedlə gedir - Video
Şahbaz Şərif Pezeşkianla danışıqlar prosesini müzakirə etdi
23:18 19.04.2026
Şahbaz Şərif Pezeşkianla danışıqlar prosesini müzakirə etdi
Masallıda qəzada ölən 18 yaşlı gəncin fotosu
22:58 19.04.2026
Masallıda qəzada ölən 18 yaşlı gəncin fotosu
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
22:29 19.04.2026
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
22:15 19.04.2026
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
21:56 19.04.2026
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO