Beş ayda 8 min boşanma: Azərbaycanda ailələrdə nə baş verir? - RƏY

Beş ayda 8 min boşanma: Azərbaycanda ailələrdə nə baş verir? - RƏY
SOSİAL
15:36 21.07.2026
812

Azərbaycanda boşanmaların sayı yüksək olaraq qalmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk beş ayında ölkədə 15 min 107 nikah bağlanıb, eyni dövrdə isə 8 min 87 boşanma qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə həm nikahların, həm də boşanmaların hər 1000 nəfərə düşən göstəricisində azalma müşahidə edilsə də, boşanmaların səviyyəsi hələ də yüksək olaraq qalır.

Mövzu ilə bağlıAZXEBER.COM-a danışan sosioloq Naib Niftəliyev bildirib ki, mövcud statistika boşanmaların nikahlara nisbətinin təxminən 56-57 faizə çatdığını göstərir.


"Bu, kifayət qədər yüksək göstəricidir. Müəyyən qədər geriləmə müşahidə olunsa da, vəziyyəti müsbət qiymətləndirmək hələ tezdir. Əsas problem ondan ibarətdir ki, nikahların ümumi sayı azalır, boşanmaların sayı isə ya sabit qalır, ya da cüzi azalır. Nəticədə boşanmaların nisbi çəkisi artır".

Sosioloqun sözlərinə görə, ailə institutunun möhkəmləndirilməsi üçün sosial-demoqrafik siyasətin gücləndirilməsi, gənc ailələrin dəstəklənməsi və ailə dəyərlərinin daha geniş təbliği vacibdir.

"Məqsəd boşanmaların sayını mümkün qədər azaltmaqdır. Amma bu, insanların mütləq evlənməli və ya boşanmamalı olduğu anlamına gəlmir. Ailə qurmaq və ailə həyatını davam etdirmək hər bir vətəndaşın Konstitusiya və Ailə Məcəlləsi ilə təmin olunan hüququdur".

Naib Niftəliyev hesab edir ki, ailə institutunun möhkəmləndirilməsi ilk növbədə sosial-iqtisadi münasibətlərin sağlam şəkildə tənzimlənməsindən keçir.

"Sosial-iqtisadi çətinliklər boşanmalara təsir edən əsas amillərdəndir. Bununla yanaşı, ailə üzvlərinin problemləri birlikdə həll etmək bacarığı, qarşılıqlı dəstək, anlayış və məsuliyyət hissi də mühüm rol oynayır".

Ekspert qeyd edib ki, gender rolları ilə bağlı dəyişən yanaşmalar da ailə münasibətlərinə təsirsiz ötüşmür.

"Hər bir insanın ailədə öz məsuliyyəti və rolu var. Bu tarazlığı pozan ifrat yanaşmalar, həm radikal maskulinizm, həm də radikal feminizm cəmiyyət üçün mənfi nəticələr doğura bilər. Dünyada bu istiqamətdə müxtəlif tendensiyalar müşahidə olunur və informasiya texnologiyalarının təsiri də getdikcə artır".

Sosioloqun fikrincə, boşanma yalnız ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün ciddi sosial böhrandır.

"Boşanmaların əsas səbəbləri sırasında sosial-iqtisadi problemlər, informasiya texnologiyalarının yaratdığı psixoloji gərginlik, sosial münasibətlərin dəyişməsi və cəmiyyətin dəyər sistemində baş verən transformasiyalar dayanır. Müasir dövrdə insanlar ailə hüquqlarından daha çox fərdi hüquq və azadlıqları ön plana çıxarırlar. Bəzən bu hüquq və azadlıqlar ailə dəyərləri ilə ziddiyyət təşkil edir və nəticədə ailə institutuna münasibət dəyişir".

Naib Niftəliyev bildirib ki, bəzi hallarda boşanma prosesindən maddi və ya peşə baxımından faydalanan şəxslər də olur.

"Məsələn, hüquqi xidmət göstərənlər və ya bu prosesdən müxtəlif formada gəlir əldə edən digər tərəflər. Bununla belə, əsas məsələ insanların ailə münasibətlərinə sağlam yanaşması, qarşılıqlı hörmət və məsuliyyət hissini qorumasıdır. Texnologiyadan asılılığın artması, dəyərlərin dəyişməsi və etik normalardan uzaq davranışların adi hala çevrilməsi ailə institutuna mənfi təsir göstərir. Boşanma cəmiyyətdə adi hadisə kimi qəbul edildikcə ailə dəyərləri zəifləyir. Buna görə də ailə institutunun qorunması və möhkəmləndirilməsi istiqamətində daha ciddi addımlar atılmalıdır".

Şahanə Ziyad

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı