“İran Mədəniyyət Mərkəzi” fəaliyyətini dayandırmalı və Ocaq Necat Azərbaycanı tərk etməlidir”

Bütün Xəbərlər
13:59 03.02.2011
13946

Bu sözləri bu gün keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib. O, aparılan təbliğata qarşı mübarizə edilməli olduğunu söyləyib: “Bəzi ekspertlər deyir ki, İranı qıcıqlandırmayaq. Biz İranı qıcıqlandırmırıq, İranın ortaya qoyduğu qıcıqlandırıcı məqamlara cavab veririk. Əgər biz reaksiya verməsək, o zaman daha böyük təhlükə yaratmış olarıq”.

Mərkəz sədri İranla Azərbaycan münasibətlərini korlayan quruluşun “İran İslam Respublikası Mədəniyyət Mərkəzi” olduğunu bildirib: “Heç kim bilmir ki, bu struktur nə işlə məşğuldur. Ocaq Necat kimdir molladır, ya siyasətçi?! O, din xadimləri, ekspertləri başına yığıb siyasi təhlillər edir. İnformasiya və kommunikasiya sahəsində nüfuzlu şəxslərlə əlaqə yaradıb, iş birliyi qurur.Molladırsa mollalıqla, siyasətçidirsə siyasətlə məşğul olsun. Dində belə qeyri-şəffaflığa yer yoxdur. Şəffaf belə olsa bu struktur Azərbaycanı tərk etməlidir. Bütün problemlərin mənbəyi o insan və o strukturdur”.

Aysel Fərziyeva, AZXEBER.COM

 

OXŞAR XƏBƏRLƏR