Bu kompaniya çərçivəsində 6 mart 2011-ci il tarixinə qədər kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqlar evində böyüyən qızlara hədiyyələr toplanacaq. Toplanmış hədiyyələr 8 MART Beynəlxalq Qadınlar Günündə uşaqlara təqdim ediləcək.
Qeyd edək ki, hədiyyələrin qəbuluna məhdudiyətlər qoyulmur. Onuda bildirək ki, uşaqlar evində əsasən 18 yaşına qədər olan qızlar tərbiyə alır. Bu kompaniya bu gündən başlanır və yaxın zamanlarda ictimai xadimlər, mədəniyyət işçiləri, elm xadimləri, və biznes strukturlarınında qoşulması nəzərdə tutulub.
Əlavə məlumat almaq üçün 070 225-20-11 və ya 055 221-01-93 nömrələrinə zəng etmək olar.
Əziz dostlar unutmayın ki hər bir xanım sevilməyə layiqdir. Kompaniyada aktiv iştirak etməklə siz 8 MART Beynəlxalq Qadınlar Gününün hər kəsin bayramı olduğunu sübut etmiş olacaqsınız. Kompaniyanın gedişi barədə mütamadi olaraq məlumat veriləcək.