Həbs xəbəri yayılan məktəb direktoru ilə bağlı AÇIQLAMA

Həbs xəbəri yayılan məktəb direktoru ilə bağlı AÇIQLAMA
SOSİAL
11:57 16.04.2026
300
Sevinc Vaqif qızı Hüseynova 06.09.2018-ci il tarixdən 13.09.2023-cü il tarixədək 227 nömrəli tam orta ümumtəhsil məktəbinin, 14.09.2023-cü il tarixindən isə 278 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru kimi çalışır. Hazırda vəzifə səlahiyyətlərini icra edir.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərbaycan müəllimi"nə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluğun yaydığı məlumatdan sonra eyni ad-soyadlı şəxslərin qarışdırılması bəzi kütləvi informasiya vasitələrində yanlış xəbərlərin yayılmasına səbəb olub. 

Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, Azərbaycan vətəndaşı Hüseynova Sevinc Əlisəfa qızı ekstradisiya olunub. Bildirilib ki, o, məktəb direktoru vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə etməklə dələduzluq etməkdə şübhəli bilinir və barəsində beynəlxalq axtarış elan olunmuşdu.
BŞTİ isə mediada yayılan məlumatlara aydınlıq gətirərək qeyd edib ki, xəbərlərdə adı çəkilən şəxs 278 nömrəli məktəbin direktoru Sevinc Vaqif qızı Hüseynova ilə eyni şəxs deyil.
OXŞAR XƏBƏRLƏR