“Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı müzakirə edildi

GƏNCLİK
16:47 02.05.2011
1892
Əsas məqsədi qeyd ediləm proqramın işində fəal iştirak etmək, gəncləri maraqlandıran məsələlərin proqramda əks olunması üçün müvafiq təkliflərin verilməsini nəzərdə tutan müzakirəyə Gənclər üçün Təhsil Mərkəzinin, Azərbaycan Tələbələr Birliyinin və “Uğurlu gələcək” İctimai Birliyinin fəalları qoşulmuşdur. 

Müzakirə zamanı iştirakçılar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması ilə əlaqədar 6 aprel 2011-ci il tarixli sərəncamının imzalanmasını, dövlət orqanlarının və gənclər təşkilatlarının nümayəndələrindən ibarət işçi qrupun yaradılmasını, müvafiq qurumlarda bu tip ictimai müzakirələrin təşkil olunmasının yüksək qiymətləndirmişlər. 
Daha sonra cəmiyyətimizin aktiv təbəqəsi olan gənclərin təklifləri dinlənilmiş və onlar ətrafında müzakirələr aparılmışdır. 
Gənclərin müzakirələri nəticəsində aşağıdakı maraqlı təkliflər meydana çıxmışdır: 
- Gənclər üçün muzey, teatr və kinoteatrlarda güzəştlərin edilməsi; 
- Ölkədaxili avtobus, dəmiryolu və hava yollarında gənclər üçün xüsusi güzəştlərin edilməsi; 
- Regionlarda gənclər üçün ictimai İKT mərkəzlərinin yaradılması; 
- Universitetlərdə təhsil alan gənclərin xüsusi iş qrafikləri (part time) ilə çalışa biləcəyi iş yerlərinin yaradılması; 
- Azərbaycan Gənclər Portalının yaradılması; 
- Gənclər sahəsində media qurumlarının formalaşdırılması; 
- Gənclərin ideya yarmarkalarının təşkil olunması və s.

Qeyd edək ki, qeyd edilən və burada əks olunmayan bir sıra təkliflər qısa müddət ərzində Gənclər və İdman Nazirliyinə təqdim olunacaq. //merkez.az

 

OXŞAR XƏBƏRLƏR