“Aztelekom”un qiyməti 1 milyard dollardan çoxdur

“Aztelekom”un qiyməti 1 milyard dollardan çoxdur
Bütün Xəbərlər
16:37 16.02.2011
1867

“Əsas məqsədimiz 2020-2025-ci illərdə informasiya-kommunikasiya texnologiyaları sahəsində gəlirlərin neft sektorundan əldə olunan gəlirlər səviyyəsinə çatması, gələcəkdə isə neft gəlirlərini üstələməsidir”.

Azxeber.com-un  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bunu “RBK daily” qəzetinə müsahibəsində söyləyib. 

Əli Abbasov “Aztelekom” və “Baktelekom” şirkətlərinin də özəlləşdiriləcəyini söyləyib: “Artıq 2011-ci ildə Açıq Səhmdar Cəmiyyət yaradılacaq və 2012-ci ildən biz səhmləri bazara çıxaracağıq. Sərmayəçilər ciddi və məsuliyyətli olmalıdırlar. Sərmayəçilər perspektivdə şəbəkə və xidmətlərin səviyyəsini bütün ölkə ərazisində eyni səviyyədə inkişaf etdirməli, hər hansı regionu, xüsusilə kənd yerlərini kənarda qoymamalıdırlar. Artıq bununla maraqlanan çoxlu sayda şirkətlər var. Rusiya şirkətləri də bu sıradadır”. 

Əli Abbasov “Aztelekom”un qiymətini də açıqlayıb: “Hələ dəqiq söyləmək çətindir. Ancaq fikirləşirəm ki, “Aztelekom”un qiyməti 1 milyard dollardan az deyil”.

 

OXŞAR XƏBƏRLƏR