“Erməni terrorizmi və tarixi həqiqətlər” mövzusunda seminar keçirilib

“Erməni terrorizmi və tarixi həqiqətlər” mövzusunda seminar keçirilib
GƏNCLİK
11:45 29.11.2010
2838

ATGT-nin mətbuat katibindən AZXEBER.COM-a verilən məlumata görə, seminarda müxtəlif Ali Təhsil Ocaqlarından 35 tələbə iştirak edirdi. Seminara mütəxəssis qismində Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsinin dekanı, Asiya və Afrika ölkələri tarixi kafedrasının professoru Sani Hacıyev dəvət olunub.

Seminarı Tarix İşçi qrupunun sədri Ayan Məmmədova açdı. O, ilk əvvəl keçirilən seminarın əhəmiyyətini vurğuladı və müharibə şəraitində olan ölkə üçün ən böyük təhlükənin cəmiyyətin  aparıcı qüvvəsi olan gənclərin savadsız yetişməsi  nəticəsində tariximizə qarşı yaranan laqeydliyin olduğunu bildirdi. Seminarın davamında “Qanayan yaddaş” adlı qısametrajlı film nümayiş olundu. Filmdə ermənilərin günahsız və əlisilahsız Azərbaycan xalqına qarşı törədikləri cinayətlərin foto şəkilləri yer almışdı. Daha sonra S.Haciyev Azərbaycan tarixində erməni terrorizmini mərhələlərə bölərək hər bir dövrdə baş vermiş hadisələrə tarixi şərhlər verdi. Erməni terroruna beynəlxalq konteksdə yanaşan mütəxəssis onların əsassız iddialarının tarixi həqiqətlərin qarşısında çox dayana bilməyəcəyini qeyd etdi. Sonda tələbələrin çox saylı suallarına cavab verən Sani Hacıyev gəncliyi yeriyən təbliğat adlandırdı.

Qeyd edək ki, seminarın davamı kimi Tarix İşçi qrupu növbəti həftə mövzu ilə əlaqədar təlimlər keçirəcək.

OXŞAR XƏBƏRLƏR