Noirjenin səkkiz qadının fotoşəklini oğurladığı deyilir. Səlahiyyətlilər isə bu fotoşəkillərin porno saytlardan qaldırılmasının mümkün olmadığını bildiriblər.
13 müxtəlif şəxsin məlumatlarını oğurlamaqda günahlandırılan gənc qızın kompyuterində 235 qadına aid e-poçt ünvanı, qadın adları və fotoşəkillərlə dolu olan 92 fayl aşkar edilib. Məhkəməyə çıxacağı bildirilən Noirjen səhv etdiyini boynuna alsa da törətdiyi əməlin cinayət tərkibi daşımasından xəbərsiz olduğunu müdafiə edib.