“GƏNC LİDERLƏR” UGT-NİN 5 YAŞI OLDU

GƏNCLİK
06:40 01.06.2011
1964

Bu gün “Gənc Liderlər” Uşaq və Gənclər Təşkilatı(UGT) fəaliyyətə başlamasından 5 il ötür. Qurum 2006-cı il İyun ayının 1-i Uşaq Hüquqlarının Beynəlxalq Müdafiəsi günündə bir qrup məktəbli tərəfindən uşaq təşkilatı kimi yaradılıb. 2009-cu ilindən etibarən isə təşkilat fəaliyyətini həm də gənclər təşkilatı kimi davam etdirib. Hazırda təşkilatın tərkibində 45 məktəbi və 6 univerisiteti təmsil edən 600-dən artıq gənc birləşib. Təşkilat məktəbli və gənclərin könüllük prinsipi ilə toplaşdığı, ölkədə gedən islahatlara dəstək nümayiş etdirən gənclər birliyidir.

Təşkilat 5 illik fəaliyyəti dövründə 600-dən artıq tədbir və layihə reallaşdırıb.

«Gənc Liderlər»in fəaliyyəti Azərbaycanın bir sıra dövlət qurumları, Milli Məclisin deputatları, rayon icra hakimiyyətləri, media və QHT-lər tərəfindən dəstəklənir.

«Gənc Liderlər» Uşaq və Gənclər Təşkilatı özünü, fikirlərini ifadə etməyi bacaran, bütün istiqamətlər üzrə istedadını nümayiş etdirə bilən gənclərə öndə olmaq, fəaliyyətini daha da genişləndirmək imkanı yaradır.

 

OXŞAR XƏBƏRLƏR