“HİCABLI ŞAGİRDLƏRLƏ BAĞLI MÖVQEYİMİZ DƏYİŞMƏYİB, DƏYİŞMƏYƏCƏK”

GƏNCLİK
18:25 10.01.2011
2560

 

Təhsil Nazirliyinin orta məktəblərdə hicab məsələsində mövqeyinin yumşalması xəbərləri təsdiqlənmir. Qurumun mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə açıqlamasında deyib ki, Təhsil Nazirliyinin mövqeyində heç bir dəyişiklik olmayıb: “Mətbuatda, informasiya saytlarında dərc olunan xəbərlər yanlışdır. Yanvarın 9-da özəl kanallardan birində cənab nazir özü də çıxış edərək bildirdi ki, əvvəlki mövqedədir. Sadəcə, müxbir sual edəndə ki, dərsə gələ bilməyən hicablı şagirdlər nə etməlidir, nazir belə cavab verib: “Onlar məktəb direktoruna yaxınlaşmalı və direktor onlara təhsilin nə qədər vacib olduğunu, problemin həllini başa salmalıdır”.  Montaj zamanı “direktor onlara təhsilin nə qədər vacib olduğunu, problemin həllini başa salmalıdır” hissəsi çıxarılıb. Sonuncu hissəni veriblər ki, hicablı şagirdlər valideynləri ilə bərabər məktəb direktorlarına yaxınlaşmalıdırlar. Bunu isə ictimaiyyət yanlış başa düşüb. Nazirin sözləri guya nazirliyin mövqeyinin yumşalması kimi qələmə verilib.

Hicablı məktəblilərlə bağlı nə Təhsil Nazirliyinin, nə də dövlətin mövqeyində dəyişiklik var. Həmin mövqedir. Heç nə dəyişməyib. Heç dəyişməsi də mümkün deyil. Nazirlik hər zaman qeyd edib ki, məktəb direktorları hicablı şagirdlərlə iş aparmalı, onlara düzgün yolu başa salmalıdır ki, tədrislərini davam etdirsinlər”.

Qurum rəsmisi hicab probleminin ölkə üzrə az sayda şagirdin davamiyyətinə təsir göstərdiyini deyib: “Belə şagirdlərin sayı o qədər də çox deyil. Apardığımız təbliğati işlər, direktorların şagirdlərlə, valideynlərlə söhbəti artıq öz nəticəsini verib. Konkret bir rəqəm deməkdə çətinlik çəkirəm. Bu rəqəmlər də tez-tez dəyişir. Məktəbə hicabla gəlmək istəyən az şagird qalıb. Gözləyirik ki, yaxın vaxtlarda bu məsələ tamamilə qaydasına düşəcək”.

Bayram Hüseynzadə bölgələrə nisbətən paytaxt Bakının bəzi kəndlərində şagirdlərin hicabla orta məktəbə gəlməsi probleminin radikal olduğunu deyib: “Amma mənə elə gəlir ki, ümumilikdə bu elə də ciddi problem deyil”. //"Mediaforum"

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb