“Karvan”ın avtobusu qəzaya uğradı: 6 futbolçu yaralandı

İDMAN
12:41 22.01.2011
1774

Yevlax Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə yanvarın 22-də saat 13:00 radələrində Yevlax şəhərinin Ceyhun Mustafayev küçəsində baş verib.

“Karvan” İdman Klubuna məxsus, Abduləli Mirzəyevin idarə etdiyi “Daewo” markalı avtobus qarşı tərəfdən gələn, Elşən Abdullayevin idarə etdiyi “Tatra” markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində “Karvan” klubunun futbolçuları - 26 yaşlı Amil Orucov və Fərid Məmmədov, 25 yaşlı Nicat Gülməmmədov, 28 yaşlı Eldəniz Orucov, 30 yaşlı Rövşən Vəliyev və 31 yaşlı Ramil Mehdiyev, eləcə də “Tatra”nın sürücüsü Elşən Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yerləşdiriliblər.

“Karvan” komandası “Şəmkir” komandası ilə oyuna gedirmiş. Faktla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Mənbə: APA

 

OXŞAR XƏBƏRLƏR