“Link to Education”un təqdimatı oldu – FOTOLAR

GƏNCLİK
13:54 16.05.2011
2572
AZXEBER.COM-un məlumatına görə, müxtəlif universitetlərin tələbələri və jurnalistlərin iştirakı ilə keçirilən tədbirdə kataloqun mahiyyəti və imkanları barəsində iştirakçılara bildirilibki kataloq universitetlər,litsey, özəl məktəblər,hazırlıq kursları, dil kursları, komputer kursları, treyninq və seminarlar, xaricdə təhsil və məktəbəqədər təhsil bölmələrni özündə cəmləmişdir . Jurnalın baş redaktoru Elvin Rzayev bu kataloqun Azərbaycan tələbələri üçün lazımlı vəsait olduğunu söyləyib: “Bizim məqsədimiz tələbələri bu kataloq vasitəsilə Bakıda fəaliyyət göstərən və keyfiyyətli təhsili ilə seçilən tədris mərkəzləri ilə daha yaxından tanış etməkdir.Bildiyiniz kimi bu gün Bakıda tədris mərkəzlərinin sayı gündən günə artmaqdadır.Kataloqun vətəndaşlara tədris mərkəzlərinin axtarışında və seçimində yardımcı olacağından əminəm.Bir daha söyləyirik ki, bu jurnal hər kəsə pulsuz olaraq paylanılacaq”. E.Rzayev jurnalın bütün universitetlərə paylanılacağını əlavə edib.

Jurnalistlərin suallarını cavablandıran baş redaktor tələbələrin iş imkanlarının artırılması üçün də yeni layihələri olduğunu da vurğulayıb.

Pr meneceri Tural Abdullayev isə, jurnala tələbatın çox olduğunu və buna görə də gələcəkdə jurnalın 5000 yeni nüsxəsini nəşr edə biləcəklərini söyləyib.

Qeyd edək ki, “Link Media” yayım şirkəti gələcəkdə digər sahələrdə də kataloqların nəşrini planlaşdırır.

224372_209363699086416_100000383627410_665548_6085467_n


222740_209363309086455_100000383627410_665546_4708030_n

228105_209364442419675_100000383627410_665550_109414_n{jcomments on}



OXŞAR XƏBƏRLƏR