“Metyu Brayza Azərbaycana xüsusi şparqalka ilə gəlib”

“Metyu Brayza Azərbaycana xüsusi şparqalka ilə gəlib”
Bütün Xəbərlər
10:42 07.02.2011
1822

Bu barədə açıqlama verən politoloq Cümşüd Nuriyev deyib ki, Metyu Brayza Azərbaycana xüsusi şparqalka ilə gəlib: “Amma orada hələ nə yazıldığını biz bilmirik. Eyni zamanda bütün hallarda səfirlər öz ölkələrindən aldıqları təlimatlarla işləyirlər. Nəzər alsaq ki, yeni səfir ABŞ-ın xüsusi kəşfiyyat orqanlarında kurs keçən bir adamdır. 1999-cu ildən artıq bu sistemdədir. Ondan əvvəl də həmin məsələlərlə məşğuldur. Yaxın Orta Şərq, MDB ölkələri üzrə mütəxəssis kimi hazırlanıb. Bütün bunları götürsək, o, Azərbaycana heç də xeyir iş üçün gəlməyib. Yəni biz açıq deyək ki, ABŞ-ın Azərbaycandakı səfirlərinin hamısı dövlətin daxili işlərinə qarışıb. M. Brayza isə Azərbaycan iqtidarına yaxın yox, onu daha çox şantaj etməklə məşğul olan adam olacağına inanıram. Bunu mən məsuliyyətimlə deyirəm. Çünki ABŞ-ın Azərbaycana təyin etdiyi səfirlər içərisində ən professionallardan biridir. O, Azərbaycanda işləyib və Azərbaycan mühitini yaxşı tanıyır”.
 
Metyu Brayzanın Azərbaycana gəlməsi ilə bağlı erməni diasporunun etirazlarına gəlincə C. Nuriyev vurğulayıb ki, bunlar bütünlüklə Ermənistan dövlətinin daxilinə hesablanan addımlardır. Politoloq eyni zamanda ABŞ-ın siyasi gedişlərində ikili standartların hələ də mövcud olduğunu deyib: “Birləşmiş Ştatların ölkəmizə səfir təyin etməməklə bir vaxtlar Rusiyanın Azərbaycana qarşı istifadə etdiyi siyasi gedişdən istifadə etdi. Amma Azərbaycan dövlətinin mövqeyini görəndən sonra bu addımı atdı. Nədən Obama öz əmrini əvvəldən göndərmirdi? Bunların hamısı ABŞ tərəfindən uzun müddət sınaqdan çıxarılan gedişlər olduğu hamıya məlumdur. Metyu Brayzanın Azərbaycana gəlməsi ilə bağlı ermənilərin hay-küy salması onların Türkiyə və Azərbaycana həmişə səfir təyin olunan da sınaqdan keçirdikləri üsullardan biridir. Daha çox bu Ermənistan hakimiyyətində olan şəxslərin keçirdiyi bir təbliğatdır ki, gələni həm qorxutsunlar, eyni zamanda ölkədaxilinə hesablanan bir gedişdir. Biz nə Ermənistan nə də, Afrika ölkələri deyilik. Azərbaycanda intellekt səviyyələri yüksək olan insanlar çoxdur. ABŞ-ın bölgədə hansı siyasət yürütdüyünü də çox gözəl bilirik. ABŞ Azərbaycan ərazi bütövlüyünü dəstəkləyən bir dövlət olsaydı, Dağlıq Qarabağ və Ermənistana ikiqat ayrıca maddi yardım ayırmazdı, Azərbaycan iqtidarını şantaj etməzdi”./// SIA
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
21:54 04.03.2026
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib