Kitab Qafqaz Strateji Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə buraxılmışdır və “Qafqazın mədəni irsi” silsiləsindən ilk buraxılışıdır.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, həmçinin respublikanın ictimai, siyasi və elm xadimləri, Gürcüstan və Türkiyədən tədqiqatçılar iştirak edib.
Tədbirdə çıxış edən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin direktoru Eldar İsmayılov bildirmişdir ki, V.L.Veliçkonun bu kitabı ilk dəfə 1904-cü ildə çap edilib. Sovet dönəmində publisistin bu əsəri qadağan olunmuşdur. Mərkəzin direktoru kitabın Rusiya imperiyasının Qafqazda siyasətinin təhlili baxımından dəyərli mənbə olduğunu qeyd edərək əsərdə regionda mədəniyyətlərarası əlaqələrin, həmçinin Rusiya imperiyasının Qafqazda “erməni siyasəti”nin işıqlandırıldığını vurğulamışdır.