“Uşaqlar və biz” silsiləsindən ilk tədbir 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunacaq. ABŞ-ın ölkəmizdəki səfirliyinin də dəstəyi ilə keçirilən ilk tədbir iyun ayının 2-də Abşeron rayonu Saray qəsəbəsi 7 saylı ağıldankəm uşaqlar üçün internat evində reallaşacaq.
Tədbirdə təhsil işçiləri, icra hakimiyyəti və qeyri-hökumət təşkilatları təmsilçiləri, ictimaiyyətin fəal nümayəndələrinin iştirakı gözlənilir.
Cəfər Mənsimi həmçinin onu bildirib ki, layihə çərçivəsində uşaqlara müxtəlif təhsil və psixoloji kursların təşkil edilməsi nəzərdə tutulub.
1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.