“Uşaqlar və biz” adlı xeyriyyə layihəsinə start verilir

MARAQLI
12:19 21.05.2011
1994
Bubarədə MİRAS İctimai Birliyi Uşaq və Gənclərlə iş şöbəsinin rəhbəri Cəfər Mənsimi məlumat verib. Məlumata görə, layihənin keçirilməsində əsas məqsəd kimsəsiz istedadlı uşaqları araşdırıb, onları ictimaiyyətə təqdim etmək, onların dünyagörüşünün hərtərəfli inkişafına köməklik etmək və onlara mənəvi dəstək olmaqdır: “Xeyriyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğan bir hisdir. Hər birinizi bu tədbirə dəstək verməyə çağırırıq. Kimsəsiz uşaqları sevincli görmək istəyən insanların hər birinə edə biləcəkləri yardımlara görə öncədən öz təşəkkürümüzü bildiririk”.

 “Uşaqlar və biz” silsiləsindən ilk tədbir 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunacaq. ABŞ-ın ölkəmizdəki səfirliyinin də dəstəyi ilə keçirilən ilk tədbir iyun ayının 2-də Abşeron rayonu Saray qəsəbəsi 7 saylı ağıldankəm uşaqlar üçün internat evində reallaşacaq.

Tədbirdə təhsil işçiləri, icra hakimiyyəti və qeyri-hökumət təşkilatları təmsilçiləri, ictimaiyyətin fəal nümayəndələrinin iştirakı gözlənilir.

Cəfər Mənsimi həmçinin onu bildirib ki, layihə çərçivəsində uşaqlara müxtəlif təhsil və psixoloji kursların təşkil edilməsi nəzərdə tutulub.

 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

OXŞAR XƏBƏRLƏR