84 yaşlı Xalq artisti vəfat etdi

84 yaşlı Xalq artisti vəfat etdi
MAQAZİN
16:01 10.06.2026
176
SSRİ Xalq artisti, tanınmış teatr və kino aktrisası Lyudmila Çursina 84 yaşında vəfat edib.

AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə aktrisanın son illərdə fəaliyyət göstərdiyi Rusiya Ordusu Teatrı məlumat yayıb.

Məlumata görə, aktrisanın ölümünə səbəb uzun illərdir mübarizə apardığı xərçəng xəstəliyi olub.

Qeyd edək ki, Lyudmila Çursina sovet və rus teatrı ilə kinosunun tanınmış simalarından biri kimi yadda qalıb və sənət fəaliyyətinə görə çoxsaylı mükafatlara layiq görülüb.
 
Aysel
OXŞAR XƏBƏRLƏR