9-cu sinif uşağını qaçıran oğlan həbs edildi

9-cu sinif uşağını qaçıran oğlan həbs edildi
Bütün Xəbərlər
00:12 22.12.2011
2760

Kürdəmir rayonunun Şilyan kəndində orta məktəb şagirdini qaçıran şəxs tutulub.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, dünən axşam saatlarında Şilyan kənd sakini, 1990-cı il təvəllüdlü Əhmədov Nizami Nəsib oğlu özündən 6 yaş kiçik olan azyaşlı qızı, Şilyan kənd orta məktəbinin 9-cu sinif şagirdi L. Məmmədova (ad şərtidir) küçədən məcburi şəkildə özünə məxsus minik avtomobili ilə qaçırıb. Qızın valideynlərinin rayon Polis Şöbəsinə müraciəti əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı onların yeri müəyyən edilib.

Qız valideynlərinə təhvil verilib, N. Əhmədov həbs edilərək barəsində cinayət işi açılıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR