AAAF “İlhamla Zirvələrə” - VİDEO+FOTO

AAAF “İlhamla Zirvələrə” - VİDEO+FOTO
İQTİSADİYYAT
17:20 09.04.2018
5185
Aprelin 8-də "İlhamla Zirvələrə” devizi altında müasir Üzgüçülük Kompleksi – "AAAF Pool & Spa”nın təntənəli açılış mərasimi keçirilib.
 
Tədbirə yüzlərlə sakin və qonaq, Xırdalan şəhər ictimaiyyətinin nümayəndələri, Qarabağ qaziləri, AAAF Park Yaşayış Kompleksi və "Zirvə” Beynəlxalq İdman Klubunun rəhbər şəxsləri və digər mötəbər insanlar qatılıblar. Mərasim böyük izdiham və maraqla qarşılanıb.

Azərbaycan idman ölkəsidir. Respublikamızda idmanın bütün növlərinin inkişafı üçün şərait dünya səviyyəsində qəbul və təqdir edilmişdir. Mötəbər beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında əldə edilən nəticələr, həmçinin ölkəmizdə hər il təşkil olunan yüzlərlə yarışların ən yüksək şəraitdə təşkili bunun bariz nümunəsidir.

Azərbaycanda sahibkarlığın inkişafına dövlət səviyyəsində dəstək verilir. Bunun nəticəsində iş adamları ölkəmizdə beynəlxalq dərəcəli layihələri həyata keçirə bilir. Bu layihələrdən biri də AAAF Park Yaşayış Kompleksidir. Bu Kompleks çoxfunksiyalı, dövrünü qabaqlayan, ən müasir standartlara cavab verən, modern, təkrarolunmaz bir layihədir.

Burada insanların rahatlığı, firavan yaşayışı üçün bütün imkanlar yaradılan bu məkan həm də bir idman layihəsidir. Azərbaycan ağır atletikasının lokomotivi olan "Zirvə” İnternational Sport Clubs-ın mərkəzi bazası olan bu Kompleksdə həmçinin futbol, cüdo, bədii gimnastika, karate, şahmat, taekvondo ilə məşğul olmaq üçün şərait vardır. Bu gün daha bir idman növü – üzgüçülük də bu sıraya qoşuldu.

Aprelin 8-də "İlhamla Zirvələrə” devizi altında müasir Üzgüçülük Kompleksi – "AAAF Pool & Spa”nın təntənəli açılış mərasimi keçirilib. Tədbirə yüzlərlə sakin və qonaq, Xırdalan şəhər ictimaiyyətinin nümayəndələri, Qarabağ qaziləri, AAAF Park Yaşayış Kompleksi və "Zirvə” Beynəlxalq İdman Klubunun rəhbər şəxsləri və digər mötəbər insanlar qatılıblar. Mərasim böyük izdiham və maraqla qarşılanıb.

Üzgüçülük kompleksinin açılışı üçün qırmızı lent kəsilib. Bu hüquq yeniyetmələr arasında ağır atletika üzrə Avropa çempionları olmuş 4 idmançı – Səbinə Əzimova, Rüstəm Qasımov, Füqan Əliyev və Tarmenxan Babayevə verilib. Daha sonra hər kəs içəri daxil olaraq Komplekslə tanış olub.

Ən müasir standartlara uyğun Üzgüçülük Kompleksi öz multifunksionallığı ilə seçilir. Burada 100 yerlik tamaşaçı tutumuna malik hovuz, uzunluğu 25 metr, dərinliyi isə 1,5 – 1,7 metr olan 6 sıradan ibarətdir. Hovuz həm idman yarışların keçirilməsi, həm də şəxsi istifadə üçün yararlıdır. Burada müştərilərə soyuq və isti içkilər təklif olunur.

Kompleksdə 3 sadə və 2 VIP olmaqla 5 masaj otağı fəaliyyət göstərir. Türk hamamı, buz otağı, fin saunası, rus hamamı, şok duş otağı, gözəllik salonu, istirahət otağı, paltardəyişmə və duş otaqları, 3 VIP otaq da xidmətə açıqdır.

Kompleksdə həmçinin 20 nəfərin eyni zamanda məşğul ola biləcəyi fitness mərkəzi də var. Ən müasir avadanlıqlarla təchiz olunmuş məkanda həm günün yorğunluğunu atmaq, həm də sağlamlığı möhkəmləndirmək mümkündür.

Qonaqlar gördüklərin razı qalıb, görülən işlər və yaradılan şəraiti təqdir ediblər. Kompleks ilə tanışlıqdan sonra mərasiminin rəsmi hissəsi başlayıb.

Burada AAAF Park Yaşayış Kompleksinin təsisçisi Tofiq Heydərov və "Zirvə” Beynəlxalq İdman Klubunun direktoru Rizvan Rəsulov çıxış ediblər. Onlar Azərbaycanda idmana və biznesə yaradılan şəraitdən danışıb, inkişaf üçün bütün imkanların olduğunu qeyd ediblər. Natiqlər bildirib ki, ölkəmizdə hökm sürən sabitlik böyük layihələrin həyata keçirilməsinə təkan verir, açılışında iştirak etdiyimiz məkanlar da bu prosesin bir hissəsidir. Onların vurğuladığı kimi, ümummilli lider Heydər Əliyevin təməli qoyduğu siyasətin layiqli davamçısı olan Cənab İlham Əliyevin şəxsi başçılığı ilə idmana göstərilən diqqət və qayğı Azərbaycanı işıqlı gələcəyə aparır. Onlar çıxışlarında 11 Aprel tarixində keçiriləcək prezident seçkilərində bütün AAAF Park sakinlərini və tədbir iştirakçılarını aktiv etməyə və ölkəmizin indiki layiqli prezidenti Cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.

Ağır atletika üzrə yeniyetmələr arasında Avropa birinciliyinin üçqat qalibi Səbinə Əizmova da çıxış edərək ürək sözlərini bildirib. 17 yaşlı atletimiz onlara yaradılan yüksək şəraitdən danışıb, məşq etmək və uğurlar qazanmaq üçün bütün imkanlara malik olduqlarına görə başda ölkə rəhbərliyinə, "Zirvə” İSC və  Azərbaycan Ağır Atletika Federasiyasına öz minnətdarlığını dilə gətirib.

Sonra mərasimin bədii hissəsinə keçilib. Azərbaycan Respublikasının Xalq Artistləri Nazpəri Dostəliyeva və Bilal Əliyev gözəl mahnılar ifa edərək qonaqlar və sakinlərə xoş ovqat bəxş edib, onların gözəl vaxt keçirməsinə nail olublar.

Qeyd edək ki, ötən ayda Sumqayıt şəhəri, Heydər Əliyev pr. və Bakı şəhəri Azadlıq prospektində Ağır atletika kompleksləri "İlhamla Zirvələrə” devizi altında fəaliyyətə başlamışdı.

Növbəti iki gün ərzində daha iki kompleksin açılışı Lənkəran və Lerik rayonlarında həyata keçiriləcəkdir.
 

 

 

 

 

 

 

 



 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada Ermənistan istehsalı olan onminlərlə içkinin satışı dayandırıldı
19:30 04.08.2026
Rusiyada Ermənistan istehsalı olan onminlərlə içkinin satışı dayandırıldı
Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
19:18 04.08.2026
Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
UEFA-dan sarı vərəqə limiti ilə bağlı yeni qərar
19:09 04.08.2026
UEFA-dan sarı vərəqə limiti ilə bağlı yeni qərar
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
18:55 04.08.2026
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
18:39 04.08.2026
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
18:25 04.08.2026
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
18:10 04.08.2026
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
17:56 04.08.2026
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
17:47 04.08.2026
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:36 04.08.2026
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
17:25 04.08.2026
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
17:11 04.08.2026
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
16:59 04.08.2026
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
16:48 04.08.2026
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
16:27 04.08.2026
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
16:20 04.08.2026
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi