‘AAAF Park’da ölüm təhlükəsi – ‘Penoplast’lı binaları əhaliyə kim satır? - FOTOLAR

‘AAAF Park’da ölüm təhlükəsi – ‘Penoplast’lı binaları əhaliyə kim satır? - FOTOLAR
Bütün Xəbərlər
14:46 04.08.2015
3159
Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğının acı nəticələri hələ də yaddaşlardan silinməyib və çətinki də silinsin. Lakin görünür bəzi “işbazlar” bu hadisəni ya unudublar, ya da bizneslərinə zərər gəlməməsi üçün insan həyatını heçə sayırlar.Məlum olduğu kimi 16 nəfərin faciəli ölümü ilə nəticələnən yanğına binada üzlük kimi istifadə edilən penoplast materialı səbəb olmuşdu. Və bu faciədən sonra prezident İlham Əliyevin göstərişi ilə penoplast üzlüklərinin kütləvi şəkildə sökülməsinə başlanıldı.Lakin bəzi tikinti şirkətləri hələ də bu təhlükəli materialdan yararlanır.Abşeron rayonu, Xırdalan şəhərində salınan “AAAF Park” Yaşayış Kompleksində bəzi binalarda 2 binanın yanmasına, 16 insanın ölümünə, onlarla insanın yaralanmasına səbəb olan penoplast materialından hələ də istifadə olunur.Bu, həmin binalarda mənzil alanların narazılığına səbəb olsa da, şirkət rəhbərliyi qərarını dəyişməyib.Əraziyə yollanan jurnalist parka ərazisində tikilən binaların xeylisinin bu üzlüklərlə örtüldüyünü müşahidə edib. Ustaların verdiyi məlumata görə, məlum faciədən sonra park ərazisində tikilən binaların demək olar ki, hamısı məhz bu materiallarla üzlənilir. Onlar bunu penoplastlara qadağa qoyulduqdan sonra bunun çox ucuz başa gəlməsiylə əlaqələndiriblər.«AAAF Park»ın Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Lalə Bağırova məlumatı təstiqləyərək, təxminən 3 binada üzlük kimi penoplastdan istifadə edildiyini bildirib.O, prezidentin məlum göstərişindən sonra binanın üzlüklərinin niyə sökülmədiyi barədə suala belə cavab verib:“Bizə bu materialların sökülməsi ilə bağlı heç bir rəsmi məlumat gəlməyib”.Departament rəhbəri qeyd edib ki, Binəqədidəki yanğın hadisəsindən sonra Fövqəladə Hallar Nazirliyi bu binalarda istifadə edilən penoplastları yoxlaılıb və təhlükəsiz olduğunu bildirib. Lakin Lalə Bağırova bununla bağlı heç bir rəsmi sənətin olmadığını deyib.Prezidentin təhlükəli üzlüklərin sökülməsiylə bağlı verdiyi tapşırıqların videosunu təqdim edirik:
aznews.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb