Ağasəlim Mircavadov: “Qrupda 7 xal qazanmaq uğur deyil”

Ağasəlim Mircavadov: “Qrupda 7 xal qazanmaq uğur deyil”
İDMAN
14:33 07.09.2011
1658
“Yeddi xal qazanmaq uğur deyil”. Bu sözləri Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib. Millimizin dünən Qazaxıstan seçməsi üzərində qələbəsini dəyərləndirən mütəxəssis rəqibi fərdi oyun hesabına məğlub etdiyimizi bildirib:“İkinci hissədə vurulan qollar göstərdi ki, bu oyunu biz istəyirik. Düzdür, hələlik bizdə komanda oyunu o dərəcədə deyil. Bir az da işləmək lazımdır. Orta xətdə ağıllı, kamil futbolçular olmalıdır ki, hücumları təşkil etsinlər. Onda bizim hücumçulara da çox asan olar. Dünən də biz fərdi oyun hesabına rəqibi məğlub etdik”.Dünənki qarşılaşmada Rauf Əliyevlə Vaqif Cavadovun oyununu fərqləndirən Mircavadov sonuncunun xüsusilə qeyd edib:“Vaqif və Raufun istəyi bizi qələbəyə daşıdı. Bu futbolçular mən deyərdim ki, ən yaxşı oyunlarını oynadılar. Vaqifin oyununu xüsusilə vurğulamaq istərdim. Şərt o deyil, bu futbolçu qol vurdu. O, həm də qolların vurulmasında yaxından iştirak etdi. Bir hücumçu kimi əlindən gələni edirdi. Biz hər bir futbolçudan belə oyun gözləyirdik”.Qazanılan qələbə və tariximizdə ilk dəfə seçmə mərhələdə 7 xal yığmamıza baxmayaraq, təcrübəli çalışdırıcı bunu uğur saymır:“Mən seçmə mərhələdə yeddi xal toplamağı uğur saymıram. Mənim üçün uğur odur ki, Azərbaycan Avropa və dünya çempionatının qrup mərhələsinə düşsün. Biz bu gün 7 xal qazanmışıq, gələn il 8 xal həddini aşaq. Bununla uğur əldə edə bilməyəcəyik. Biz xal hesabını artırmağı yox, qrup mərhələsinə düşməyi fikirləşməliyik. Avstriyanı da evdə udub, 10 xal yığa bilərik. Ancaq bu yetərli deyil. Makedoniya bir seçmə mərhələdə 13-14 xal topladı. Bəlkə də indi qrup mərhələsindən danışmaq tez olar. Ancaq ən azından istək olmalıdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AccessBank-dan bazarda analoqu olmayan yeni məhsul – “Sərbəst Əmanət”
15:01 12.05.2025
AccessBank-dan bazarda analoqu olmayan yeni məhsul – “Sərbəst Əmanət”
Ekspertdən Turzim Agentliyinə "dərs" - "Qobustanı tanıda bilmişikmi ki, indidən 2 qat qiymət fərqi qoyuruq?"
14:59 12.05.2025
Ekspertdən Turzim Agentliyinə "dərs" - "Qobustanı tanıda bilmişikmi ki, indidən 2 qat qiymət fərqi qoyuruq?"
Neçirvan Bərzani: PKK-nın ləğvi qərarından məmnunuq
14:55 12.05.2025
Neçirvan Bərzani: PKK-nın ləğvi qərarından məmnunuq
Enrike İqlesias: "Azan səsi məni valeh edir, onun üçün darıxıram"
14:54 12.05.2025
Enrike İqlesias: "Azan səsi məni valeh edir, onun üçün darıxıram"
Yelo Bank-dan fərdi sahibkarlar üçün onlayn imkan!
14:42 12.05.2025
Yelo Bank-dan fərdi sahibkarlar üçün onlayn imkan!
Pakistan PKK-nın buraxılmasını Türkiyədə sülhə doğru addım kimi alqışlayıb
14:37 12.05.2025
Pakistan PKK-nın buraxılmasını Türkiyədə sülhə doğru addım kimi alqışlayıb
AZAL Pakistan və Hindistana reysləri mərhələli şəkildə bərpa edir
14:16 12.05.2025
AZAL Pakistan və Hindistana reysləri mərhələli şəkildə bərpa edir
Əməkdar artist Prezidentin onun mahnısını dinləməsindən danışdı
14:14 12.05.2025
Əməkdar artist Prezidentin onun mahnısını dinləməsindən danışdı
Daha Rusiyaya gedə bilməyəcəyik? - Ağır şərtlər
14:14 12.05.2025
Daha Rusiyaya gedə bilməyəcəyik? - Ağır şərtlər
Ani başgicəllənmə bu xəstəliyin əlaməti ola bilər
14:11 12.05.2025
Ani başgicəllənmə bu xəstəliyin əlaməti ola bilər
Talassemiya xəstəsindən şok əməl: "Qanından istifadə edib bir neçə nəfəri əsgərlikdən saxlayıb"
14:00 12.05.2025
Talassemiya xəstəsindən şok əməl: "Qanından istifadə edib bir neçə nəfəri əsgərlikdən saxlayıb"
"Qəlbinizdə yerim olduğu üçün çox xoşbəxtəm" - Sevda Ələkbərzadə
13:55 12.05.2025
"Qəlbinizdə yerim olduğu üçün çox xoşbəxtəm" - Sevda Ələkbərzadə
Azərbaycan və Bəhreyn XİN rəhbərləri görüşdü
13:46 12.05.2025
Azərbaycan və Bəhreyn XİN rəhbərləri görüşdü
Qazaxıstandan qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni AÇIQLAMA
13:42 12.05.2025
Qazaxıstandan qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni AÇIQLAMA
Elnarə Abdullayeva da qalmaqala qoşuldu: "Məni heç kim məşhur etməyib"
13:39 12.05.2025
Elnarə Abdullayeva da qalmaqala qoşuldu: "Məni heç kim məşhur etməyib"
Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edildi
13:36 12.05.2025
Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edildi