Bu həftənin cümə axşamı günü ABŞ-ın Ohayo ştatında üç qətl hadisəsi törətmiş nasist-manyak Frenk Spisakın ölüm hökmü icra olunacaq. ANS PRESS-in “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, ona ölüm hökmü hələ 1983-cü ilin 10 avqustunda verilsə də, məhkəmə qərarının icrasının 2011-ci ilin bu cümə axşamı Bakı vaxtı ilə saat 11:00-da icra olunacağı gözlənilir.
Qatil milliyyətçi olmaqla yanaşı, xarici görünüşcə özünü Adolf Hitlerə də bənzədirmiş. Bundan başqa, manyak öz cinsini dəyişməyi də arzulayırmış. 59 yaşlı Frenk Spisak yaşadığı Klivlend şəhərində “Frenki Enn” ləqəbi ilə məşhur olub.
O, qarşısına yəhudilərdən qisas almaq məqsədi qoyubmuş. Frenk Spisak məhkəmə qərarı açıqlayan zaman “Hayl Hitler” deyə çığırıb.