ABŞ jurnalistin azad olunmasını alqışlayıb

ABŞ jurnalistin azad olunmasını alqışlayıb
Bütün Xəbərlər
16:50 27.05.2011
1145

AZXEBER.COM portalının “BBC”yə istinadən verdiyi xəbərə görə, “Beynəlxalq icma ilə birgə biz cənab Fətullayevin işini yaxından izləmişik və Azərbaycan qanunvericiliyinə və beynəlxalq normalara uyğun şəkildə şəffaf və açıq hüquqi prosesə dəvət etmişik. Prezident Əliyevin cənab Fətullayevi azad etmək qərarı demokratik islahatlarda gələcək irəliləyişlərə ümid verən pozitiv bir işarədir”, - deyilir səfirliyin açıqlamasında.

Eynulla Fətullayev mayın 26-da prezidentin əfv fərmanı ilə azad olunub.

Cümə axşamı BBC Azərbaycan xidmətinə müsahibəsində jurnalistin vəkili Eynullanın evində, dostları və yaxınları ilə görüşdüyünü bildirib.

Gündəlik Azərbaycan və Realnıy Azərbaycan qəzetlərinin baş redaktoru Eynulla Fətullayev 2007-ci ildə 8 il yarım müddətinə həbs olunmuşdu. Fətullayev həm də narkotik gəzdirmə ilə bağlı Qaradağ rayon məhkəməsi tərəfindən 2,5 il müddətinə azadlıqdan məhrum edildiyinə görə həbsdə saxlanır.

2010-cu ilin aprelində Avropa İnsan Haqları Məhkəməsi Eynulla Fətullayevi azad etmək barədə qərar çıxarmışdı.

Nüfuzlu beynəlxalq təşkilatlar Eynulla Fətullayevin həbsinin siyasi motivlərlə bağlı olduğunu bildiriblər.

 

OXŞAR XƏBƏRLƏR