Abel Məhərrəmov Moskvada səfərdə oldu

Abel Məhərrəmov Moskvada səfərdə oldu
MARAQLI
21:59 29.11.2011
1707

BDU-nun rektoru, akademik Abel Məhərrəmov Rusiyanın təhsil və elm sahəsinin təməlini qoyan, Moskva Dövlət Universitetinin təsisçisi M.V.Lomonosovun 300 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək məqsədilə Moskvada səfərdə olub. BDU-nun Mətbuat və İnformasiya Şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, rektor, eyni zamanda, M.V.Lomonosovun yubileyi çərçivəsində Moskvada keçirilən Avrasiya Universitetləri Assosiasiyanın XII qurultayında da iştirak edib.

Qurultayın plenar toplantısında çıxış edən akademik Abel Məhərrəmov Avrasiya Universitetləri Assosiasiyası çərçivəsində aparılan fəaliyyətin üzv dövlətlər arasında elm və təhsil sahələrində əməkdaşlığın genişlənməsinə təkan verdiyini qeyd edərək deyib ki, Mixail Lomonosov yalnız elmin inkişafına əvəzsiz töhfə verən görkəmli alim deyil, o həm də təhsil və elm sahəsinin böyük təşkilatçısı idi. Lomonosov bəşəriyyətin inkişafı və tərəqqisini məhz elm və təhsil birliyində görürdü. Postsovet məkanında yüzdən çox ali məktəbi birləşdirən Avrasiya Universitetləri Assosiasiyası bu gün məhz bu məqsədlərə xidmət göstərir. Bu Assosiasiyanın yaradılması Sovet İttifaqının dağılmasından sonra formalaşan müstəqil dövlətlərin arasında əlaqələrin itməməsinə böyük töhfə verib. Avrasiya Universitetləri Assosiasiyasının sayəsində biz əlaqələr yaradaraq səmərəli şəkildə əməkdaşlıq edirik.

Qurultayda cari məsələlərlə yanaşı, Avrasiya Universitetləri Assosiasiyasının yeni prezidentinin seçilməsi məsələsi də müzakirə edilib. Bu məsələ ilə əlaqədar çıxış edən akademik Abel Məhərrəmov bildirib ki, Assosiasiyanın üzvləri arasında əlaqələrin hazırkı yüksək səviyyəsi Moskva Dövlət Universitetinin rektoru, qurumun prezidenti akademik Viktor Sadovniçinin adı ilə bağlıdır. O, bütün varlığı ilə Avrasiya məkanında yerləşən universitetlər arasındakı əlaqələri genişləndirməyə və gücləndirməyə, onların beynəlxalq arenada layiqincə təmsil olunmasına səy göstərib. Sonra akademik Viktor Sadovniçinin namizədliyi irəli sürülüb və o, yekdilliklə Avrasiya Universitetləri Assosiasiyasına növbəti müddətə yenidən prezident seçilib.

M.V.Lomonosovun 300 illik yubileyi çərçivəsində BDU-nun rektoru, akademik Abel Məhərrəmov Avrasiya Əməkdaşlığının inkişafı və möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Avrasiya Universitetləri Assosiasiyanın prezidenti, akademik V.A.Sadovniçi tərəfindən Fəxri Fərmanla təltif olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
22:14 04.11.2026
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
22:04 04.11.2026
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
21:58 04.11.2026
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:48 04.11.2026
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
Yol vergisindən daxilolmalar azalacaq
21:39 04.11.2026
Yol vergisindən daxilolmalar azalacaq
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
21:31 04.11.2026
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
21:22 04.11.2026
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
21:13 04.11.2026
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
21:10 04.11.2026
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
21:04 04.11.2026
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
20:58 04.11.2026
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
20:51 04.11.2026
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
20:39 04.11.2026
Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
20:31 04.11.2026
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
20:25 04.11.2026
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq
20:20 04.11.2026
Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq