Dövlət başçısı sərəncam imzalayıb.
Prezident İlham Əliyev baş nazirin müavini Abid Şərifovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyəti ilə əlaqədar Abid Qoca oğlu Şərifov “Şöhrət” ordeni ilə təltif olunub.