Abiturientlər üçün əla fürsət: Azərbaycanı tərk etmədən Türkiyədə oxumaq imkanı

GƏNCLİK
00:12 28.01.2012
2257

Azərbaycanı tərk etmədən Türkiyə Cümhuriyyətində təhsil almaq artıq çox rahat oldu.

İllərdir Azərbaycan təhsilində uğurlara imza atan “Bilik” Tədris Mərkəzi Anadolu Dövlət Universiteti ilə bağladığı müqavilə əsasında tezliklə hazırlıq kurslarına başlayacaqdır . Tədris Mərkəzinin mətubat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə hazırlıq kursları fevral ayının ilk həftəsində başlayacaqdır.

Həmçinin onu da qeyd etmək istərdik ki ,kursu bitirənlər Anadolu Dövlət Universitetinə yüksək şansla aşağıdakı ixtisaslar üzrə Azərbaycandan ayrılmadan distant formada (uzaqdan təhsil) təhsil almaq şansı qazanacaqlar.

Menecment Fakultəsi – Bakalavr (4illik)

İqtisadiyyat Fakultəsi - Bakalavr (4illik)

Xarici Ticarət – Kollec (2illik)

Turizm - Kollec (2illik)

İctimaiyyətlə əlaqələr – Kollec (2illik)

Qeyd : Hazırlıq kurslarına qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur.

Şəxsiyyət vəsiqəsinin surəti

4 ədəd 3x4 ölçüdə foto şəkil

Attestat surəti

Ünvan : "Bilik" Tədris Mərkəzi

Bakı şəh., Nobel prosp., “AMAY” TİC . MƏR -in 2-ci mərtəbəsi

(012) 598-83-49 , (077) 250-01-25

Sumqayıt şəh., 34-cü məhəllə

(018) 654- 05-82 , (012) 418-55-44 , (055) 200-93-16

OXŞAR XƏBƏRLƏR