Abituriyentin TQDK-ya yazdığı şərh rekord sayda "like" yığdı - FOTO

Abituriyentin TQDK-ya yazdığı şərh rekord sayda "like" yığdı - FOTO
Bütün Xəbərlər
18:46 15.07.2014
17441
Xəbər verdiyimiz kimi, bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 12-də I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları ) üçün keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.
AZXEBER.COM xəbər verir ki, nəticələr saat 17.30-da açıqlansa da, abituriyentlər məlumatı bir neçə dəqiqə sonra əldə ediblər. Buna səbəb qurumun rəsmi saytı olan www.tqdk.gov.az-ın çökməsi olub. Bundan başqa abituriyentlər iş nömrələrini 7727 nömrəsinə göndərməklə də nəticələri ilə tanış ola bilməyiblər. Mesaja cavab təxminən 30-40 dəqiqə sonra gəlib.
Vəziyyətin belə olduğunu görən abituriyentlər şikayətlərini TQDK-nın rəsmi "facebook" səhifəsinə yazıblar. Belə ki, Əli Abdullayev adlı abituriyentin TQDK-ya yazdığı şərh rekord sayda "like" yığıb. 
O yazıb: "Biz abituriyentləri ürək xəstəsi elədiyinə görə TQDK-ya minnətdarlığımızı bildiririk".Bu şərhi 30 dəqiqə ərzində 230 nəfər bəyənib. 
Həmin fotonu təqdim edirik:
OXŞAR XƏBƏRLƏR