Abituriyentlərin sınaqdan 700 bal yığmaq üçün etdikləri fırıldaqlar

Abituriyentlərin sınaqdan 700 bal yığmaq üçün etdikləri fırıldaqlar
Bütün Xəbərlər
17:45 18.04.2012
7274
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən aprelin 8-dən etibarən abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına, onlarda imtahan vərdişlərinin formalaşmasına və bilik səviyyələrinin real qiymətləndirilməsinə kömək məqsədilə Bakı şəhərində, respublikanın digər şəhər və rayonlarında, həmçinin Naxçıvan Muxtar Respublikasında sınaq imtahanları keçirilir.
TQDK-nın mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, imtahanların iyun ayının 10-dək keçirilməsi nəzərdə tutulub. İmtahanlarda istifadə olunan test kitabçaları (yeni) əsasən növbəti həftə keçirilən sınaq imtahanında (təkrar) yenidən təqdim edilir. Təkrar sualların təqdim edildiyi sınaq imtahanlarının keçirilməsində məqsəd bölgələrdə yaşayan, eləcə də əvvəlki həftədə keçirilmiş sınaqda iştirak edə bilməyən abituriyentlərə də öz bilik səviyyələrini yoxlamaq imkan yaratmaqdır.Ötən sınaq imtahanları ilə bağlı aparılan təhlillər göstərir ki, bəzi abituriyentlər ilk sınaqda iştirak etdikləri halda, təkrar sualların təqdim edildiyi növbəti sınaq imtahanına da qatılırlar ki, bu halda da suallar barədə məlumatlı olduqlarına və artıq düzgün cavabları bildiklərinə görə, onların sınaq imtahanı nəticələrində süni artım müşahidə edilir.Təkrar sınaqlarda iştirak edən abituriyentlərdən bəzilərinin birinci imtahanda topladığı bal 150, 211, 295 olduğu halda, “tanış suallar”dan nəticələri 600-dən yuxarı, bəzilərində isə hətta 700 bal və ya həmin nəticəyə yaxın olub. Təcrübə göstərir ki, belə hallar valideynlərdə öz övladlarının bilik səviyyəsi ilə bağlı yanlış təsəvvürlərin yaranmasına gətirib çıxarır. Xüsusilə nəzərə alsaq ki, imtahan texnologiyaları ilə bağlı məlumatlı olmayan valideynlər bu cür “yüksək” nəticənin təkrar sınaqdan qeydə alındığını bilmir, sonradan qəbul imtahanlarında övladlarının yaxşı nəticə əldə etmədiyini öyrəndikdə təəccüblənirlər.Odur ki, abituriyentlərdən öz imtahan nəticələrini bu kimi üsullarla süni surətdə artırmaqla özlərini və yaxınlarını aldatmamağı tövsiyə edirik.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
15:51 09.08.2025
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
Bakıda it oğurlayan şəxs həbs edildi
15:39 09.08.2025
Bakıda it oğurlayan şəxs həbs edildi
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
15:11 09.08.2025
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
15:05 09.08.2025
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
15:03 09.08.2025
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
14:52 09.08.2025
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
14:29 09.08.2025
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
14:17 09.08.2025
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
14:02 09.08.2025
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
13:49 09.08.2025
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
Şəkidə 5 otaqlı evdə yanğın olub
13:40 09.08.2025
Şəkidə 5 otaqlı evdə yanğın olub
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
13:35 09.08.2025
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
13:25 09.08.2025
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı