Hamilə sevgilisini öldürüb itlərə yedizdirən məşhur qapıçınn paylaşımına izləyicilər sərt reaksiya verib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, "Atletiko Mineiro"nun keçmiş qapıçısı Bruno Fernandes de Souza 2010-cu ildə abortdan imtina edən sevgilisi Eliza Samudionu öldürüb, cəsədinin bir hissəsini itlərə yedizdirdiyinə görə məhkum edilib. Bu cinayətə görə 22 il həbs cəzası alan və açıq həbsxanaya göndərilən Souza pitbull iti ilə pozalar verib.
Hökm çıxarıldıqdan sonra həbsxanaya göndərilən Fernandes 2013-cü ildən açıq həbsxanada qalır. Tez-tez gündəmə gəlməyən keçmiş qapıçı sosial şəbəkə hesabında yazdığı paylaşımla reaksiyaların mərkəzinə çevrilib.
Bir çox sosial şəbəkə istifadəçisi keçmiş qapıçının ünvanına ağır tənqidlər yağdırıb.
Ayşən Mirzəyeva

