ABŞ-da Los-Ancelesdəki erməni daşnaklarının vəhşiliyinə dair məqalə dərc olundu

ABŞ-da Los-Ancelesdəki erməni daşnaklarının vəhşiliyinə dair məqalə dərc olundu
SİYASƏT
11:33 27.07.2020
1014
Baş konsul Nəsimi Ağayevin Los-Ancelesdə erməni daşnaklarının azərbaycanlı icma üzvlərimizə qarşı həyata keçirdiyi zorakılıq və vəhşiliklərlə bağlı yazdığı məqalə ABŞ-ın Medium onlayn media platformasında dərc olunub.

Bu barədə AZXEBER.COM-a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Məqalədə baş konsul hadisə haqda ətraflı məlumat verərək, Los-Ancelesdəki Baş Konsulluğumuz qarşısında aksiya keçirən erməni daşnaklarının, Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasətinə, eləcə də ölkəmizə qarşı həyata keçirdiyi son hərbi təxribatına etiraz edən 50-yə yaxın həmyerlimizə hücum edərək, onlardan bir neçəsinə xəsarət yetirdiklərini bildirir və hazırda hadisənin polis tərəfindən nifrət zəminində törədilən cinayət maddəsi üzrə araşdırıldığını diqqətə çatdırır.

N.Ağayev qeyd edir ki, Amerika Erməni Milli Komitəsi (ANCA) bu zorakı qrupa rəhbərlik etməklə öz aqressiv və radikal daşnak ideologiyasının əsl simasını hər kəsə nümayiş etdiriblər.

N.Ağayev sonra dünyanın iki ən böyük yəhudi təşkilatı olan, Los-Ancelesdə fəaliyyət göstərən Simon Vizental Mərkəzi və Amerika Yəhudi Komitəsinin, eləcə də ABŞ-da yaşayan 250 min israillini birləşdirən İsrail Amerikalıları Şurasının həmvətənlərimizə qarşı həyata keçirilən zorakılığı qətiyyətlə pislədiklərini qeyd edir və onların açıqlamalarından sitatlar gətirir.

Baş konsul Los-Ancelesdə fəaliyyət göstərən digər bütün icmalara, dini liderlərə və seçkili orqanların rəhbərlərinə müraciət edərək, onları bu nifrət zəminində törədilmiş cinayəti qınamağa çağırır və bu cür davranışların müasir günümüzdə və gələcəyimizdə yeri olmadığını dilə gətirir.

Həmçinin N.Ağayev qeyd edir ki, ABŞ-da doğulmuş və Los-Anceles kimi multikultural şəhərdə böyümüş gənc erməni daşnaklarının nümayiş etdirdikləri yüksək aqressivlik onların əhatə olunduğu, daim nifrət və düşmənçilik aşılayan mühitin mövcudluğundan xəbər verir ki, bu da istənilən icma üçün və gələcək nəsillər üçün olduqca zərərli bir haldır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Makron Fransa Hərbi Dəniz Qüvvələrinin Reunion sahillərində tankeri saxladığını açıqladı
01:16 13.10.2026
Makron Fransa Hərbi Dəniz Qüvvələrinin Reunion sahillərində tankeri saxladığını açıqladı
Niyə bəzi insanlar daha tez qocalır?
01:03 13.10.2026
Niyə bəzi insanlar daha tez qocalır?
ABŞ rəsmisi: Trampın Ukrayna böhranını həll etmək cəhdlərinə müdaxilə edilməməlidir
00:50 13.10.2026
ABŞ rəsmisi: Trampın Ukrayna böhranını həll etmək cəhdlərinə müdaxilə edilməməlidir
Zelenski Trampın həmin açıqlamasına cavab verdi
00:40 13.10.2026
Zelenski Trampın həmin açıqlamasına cavab verdi
İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib
00:32 13.10.2026
İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib
Sabiq kansler prezident oldu
00:24 13.10.2026
Sabiq kansler prezident oldu
Yaxın günlərdə bu bürclərin sevgi münasibətlərində problemlər yarana bilər
00:16 13.10.2026
Yaxın günlərdə bu bürclərin sevgi münasibətlərində problemlər yarana bilər
“Real Madrid”in ulduzu bu komandaya gedir
00:09 13.10.2026
“Real Madrid”in ulduzu bu komandaya gedir
Bakıda ət niyə baha satılır? - VİDEO
00:03 13.10.2026
Bakıda ət niyə baha satılır? - VİDEO
Ronaldonun “Neftçi” ilə matçı raket hücumuna görə təxirə salındı
23:56 12.10.2026
Ronaldonun “Neftçi” ilə matçı raket hücumuna görə təxirə salındı
Kiyevdə 25 mərtəbəli yaşayış binasına dron zərbəsi endirilib, ölən və yaralananlar var
23:52 12.10.2026
Kiyevdə 25 mərtəbəli yaşayış binasına dron zərbəsi endirilib, ölən və yaralananlar var
"Azərbaycan cəmiyyəti həmişə olduğu kimi xarici təxribatlara uymamalıdır" - VİDEO
23:41 12.10.2026
"Azərbaycan cəmiyyəti həmişə olduğu kimi xarici təxribatlara uymamalıdır" - VİDEO
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
23:36 12.10.2026
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
23:29 12.10.2026
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
Səbuhi Abbasov ATƏT-də Ermənistana çağırış etdi: “Əsl demokratiya siyasi bəyanatlarla deyil, ədalətlə ölçülür” - VİDEO
23:25 12.10.2026
Səbuhi Abbasov ATƏT-də Ermənistana çağırış etdi: “Əsl demokratiya siyasi bəyanatlarla deyil, ədalətlə ölçülür” - VİDEO
Paytaxtın bu ərazilərində işıq olmayacaq
23:16 12.10.2026
Paytaxtın bu ərazilərində işıq olmayacaq