ABŞ-da yaşayan azərbaycanlılardan 'Eurovision--2012'yə dəstək kampaniyası

ABŞ-da yaşayan azərbaycanlılardan
MƏDƏNİYYƏT
15:27 26.05.2012
2238
24 may 2012-ci il tarixdə ABŞ-ın Nyu York şəhərində yaşayan Azərbaycan diasporunun nümayəndələri bir araya gələrək doğma Vətənimiz Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən Avroviziya mahnı müsabiqəsinə dəstək veriblər: “Biz azərbaycanlılar Vətəndən uzaqda yaşasaq da qəlbimiz hər an doğma Azərbaycanla döyünür. Vətənin sevincinə şərik olmaq, onun müvəffəqiyyətləri ilə fəxr etmək hər birimizin şərəf işidir. İlk təməli 1956-cı ilin məhz may ayının 24-də qoyulan Avroviziya mahnı müsabiqəsinin bu il doğma Bakımızda keçirilməsi bizim qəlbimizi qürur hissi ilə doldurur. Müsabiqənin ilk günündən Bakı Kristal zalı bütün dünyanı heyrətləndirir. Gələn qonaqlara: müsabiqə iştirakçılarına, onları müşayiət edən nümayəndə heyəti üzvlərinə, jurnalistlərə olan böyük diqqət, qonaqpərvərlik, hörmət bu günə qədər heç bir ölkədə təsadüf olunmayıb. Bunu Bakıya gələn qonaqların hər biri təsdiq edir. Müsabiqənin gedişi zamanı ifa olunan Azərbaycan musiqiləri, Azərbaycan xalq musiqi alətlərinin, xüsusilə Qaval daşının səhnəyə çıxarılması, mənim fikrimcə, bu müsabiqəyə daha çox rəng qatdı. Mən bunu əminliklə söyləyirəm ki, Dünya Azərbaycanlıları Avroviziya 2012 mahnı müsabiqəsinin hər anından xüsusi bir zövq alır. Biz də may ayının 24-də müsabiqənin ikinci yarmfinalının keçirildiyi gün Nyu York şəhərinin Azərbaycansayağı bəzədilmiş gözəl bir məkanına yığışaraq onu canlı izlədik.Hər kəs öz ürək sözünü söylədi, sevincini bölüşdü, Vətəni necə böyük məhəbbətlə sevdiyini dilə gətirdi. Dəvət olunmuş qonaqlar arasında azərbaycanlılarla yanaşı Turkiyə, Özbəkistan, Gürcüstan, Peru, Kolumbiyadan gələn tələbə gənclər, həmçinin amerikalı tələbələr də var idi.İkinci yarımfinalı izlədikdən sonra gözəl Azərbaycan musiqilərinin sədaları altında rəqslər ifa olundu. Best Model World2007 yarışmasının və onlarla müsabiqələrin iştirakçısı və qalibi olan həmyerlimiz Rüstəm Cəbrayılov da tədbirimizin fəxri qonağı idi. Həmin gün həm də qarşıdan gələn 28 may Respublika Günü xüsusi olaraq qeyd olundu. Hər bir azərbaycanlını bu gün münasibəti ilə təbrik etdik və doğma Vətənimizə sülh, əmin-amanlıq, inkişaf,daha böyük uğurlar arzuladiq.Tədbirdə çıxış edən qonaqlar hər zaman Azərbaycanımızı dəstəkləməyə hazır olduqlarını söylədilər. Tədbirin aparıcısı Minəvvər Vahabova bu işdə mənəvi kömək göstərdiyi üçün Qarabağ Fonduna, xüsusilə də fondun icraçı direktoru Diana Altmana öz dərin minnətdarlığını bildirdi. O da qeyd olundu ki, may ayının 26-da müsabiqənin final günündə Vaşinqton və Boston şəhərlərində də dəstək tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Bu işdə hər bir təşkilata uğurlar arzulandı.
OXŞAR XƏBƏRLƏR