ABŞ Dövlət Departamenti Konqresə Azərbaycanın "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişində nəzərdə tutulan məhdudiyyətlərdən azad edilməsinin müddətinin uzadılması barədə məlumat verib.
AZXEBER.COM xəbər verir ki, bu barədə ABŞ Konqresinin rəsmi protokolunda məlumat yer alıb.
1992-ci ildə qəbul olunan 907-ci düzəliş Azərbaycana ABŞ tərəfindən birbaşa yardım göstərilməsinə məhdudiyyətlər qoyub. 2001-ci ildə isə Konqres ABŞ prezidentinə bu məhdudiyyətlərin tətbiqini dayandırmaq səlahiyyəti verib.
O vaxtdan bəri ABŞ prezidentləri 907-ci düzəlişin tətbiqinin dayandırılması qərarını hər il uzadır və bu barədə Konqresə rəsmi məlumat təqdim edirlər.










































