“İnsanların sıx olduğu yerlər təhlükəlidir”.
Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfirliyi bu ölkədə fəaliyyət göstərən ABŞ şirkətlərinə terrorla bağlı xəbərdarlıq məktubu göndərib.
Səfirliyin məktubunda martın 30-da Türkiyədə növbəti terror hücumlarının gözlənildiyi bildirilib.
Kəşfiyyat məlumatları əsasında hazırlanmış məktubda ABŞ vətəndaşlarının inzibati, hərbi strukturların yerləşdiyi binalardan, diplomatik korpuslara məxsus ərazilərdən, ibadət yerlərindən, əyləncə və ticarət mərkəzlərindən uzaq durmaları məsləhət görülüb.
Məktubda qeyd olunub ki, insanların sıx olduğu yerlər təhlükəlidir.
Qeyd edək ki, martın 13 gecə saatlarında Ankarada 37 nəfərin ölümü, 125 nəfərin yaralanması ilə nəticələnən partlayış törədilib. Verilən məlumatlara əsasən, hadisədən 2 gün öncə səfirlik ABŞ vətəndaşlarına martın 11-də də eyni məzmunlu məktub yollayıb.
///Oxu.Az