ABŞ-İran münasibətlərində gərginlik artır: “Danışıqların dayanmasından söhbət gedə bilməz"

ABŞ-İran münasibətlərində gərginlik artır: “Danışıqların dayanmasından söhbət gedə bilməz"
SİYASƏT
14:49 19.08.2026
503
ABŞ Prezidenti Donald Tramp İranla tez bir zamanda razılığa gəlmək səylərindən imtina edərək, uzunmüddətli iqtisadi təzyiq strategiyasına keçmək qərarına gəlib.

Bu barədə CNN məlumat yayıb.

Kanalın məlumatına görə, Tramp vitse-prezident Cey Di Vens, Stiv Uitkoff və Cared Kuşner də daxil olmaqla, danışıqlar prosesində iştirak edən nümayəndələrinə Tehranla bütün əlaqələri dayandırmağı tapşırıb.

Bildirilib ki, Ağ Ev müttəfiqlərinə strategiyadakı bu dəyişikliyi İrana mümkün qədər tez zərbə endirmək niyyətindən uzunmüddətli iqtisadi təzyiq göstərməklə onu zəiflətmək planına keçid kimi təqdim edib.

Siyasi şərhçi Xəyal Bəşirov AZXEBER.COM-a açıqlamasında bildirib ki, İranla ABŞ arasında münasibətlər normallaşmaqdan daha çox gərginləşmə istiqamətində inkişaf edir:
 


"İranla Amerika Birləşmiş Ştatları arasında münasibətlər normallaşmaqdan daha çox gərginləşməyə doğru gedir. Əvvəldən olduğu kimi, tərəflərin hər hansı güzəştə getmək cəhdi müşahidə olunmur. Heç bir tərəf ilkin şərtlərindən geri çəkilmək istəmir. Təbii ki, bu da münasibətlərin hazırkı səviyyədə qalacağını, hətta daha ağır mərhələyə keçəcəyini proqnozlaşdırmağa əsas verir.

Donald Tramp Hörmüz boğazının ABŞ ərazisi olması ilə bağlı fikir səsləndirdi və bunu sosial şəbəkə hesabında paylaşdı. Bunun nə dərəcədə beynəlxalq hüquqa və reallığa uyğun olduğu sual doğurur. İstənilən dövlət və ya dövlət rəhbəri başqa bir dövlətin ərazisini, yaxud beynəlxalq əhəmiyyətli hər hansı ərazini öz ərazisi elan edə bilər. Amma bunun üçün hüquqi legitimlik və real əsaslar olmalıdır.

Bu reallıqdan və hüquqi legitimlikdən uzaq açıqlamalara qarşı İran tərəfi də bildirmişdi ki, danışıqlar prosesi nəticə verməsə, hücuma keçəcək.

ABŞ İranın bu addımına cavab olaraq hücum xarakterli addımlar atmalı, yaxud İranla danışıqları dayandıraraq onu uzunmüddətli iqtisadi çətinliklərlə üz-üzə qoyacağı barədə fikirlər səsləndirməli idi. Amma əslində ortada danışıqlar yox idi ki, onların dayandırılmasından söhbət getsin. Olmayan danışıqların dayandırılması, təbii ki, nə İran tərəfinə, nə də ABŞ-yə sərf edir”.

O qeyd edib ki, İran tərəfi də prosesin hazırkı mərhələdə həllinə çalışır:

"ABŞ-də qarşıda aralıq seçkiləri var və seçiciyə Respublikaçılar Partiyasının lideri kimi Donald Tramp tərəfindən müəyyən bir cavab verilməlidir. Amma bu cavab yoxdur. Çünki cavabı verə biləcək konkret iş və ya icraat yoxdur.

İran tərəfi də prosesin daha çox indiki mərhələdə həllinə çalışır. Çünki həll olunmadan əldə ediləcək hər hansı razılaşma İranın da işinə yaramır. Bu baxımdan düşünürəm ki, indiki mərhələdə İranla ABŞ arasında mövcud olan gərginlik gələcəkdə yenidən hər hansı danışıqlar mərhələsinin başlanması ilə əvəz oluna bilər”.

Ekspert bildirib ki, hazırda səsləndirilən fikirlərə və bəyanatlara uzunmüddətli mövqe kimi yanaşmaq doğru deyil:

"Hazırda səsləndirilən bu fikirlərə və bəyanatlara uzunmüddətli mövqe kimi baxmaq doğru deyil. Biz tərəflərin yenidən qarşılıqlı hücumlarının şahidi də ola bilərik. Amma hazırda hücumların, xüsusilə də genişmiqyaslı hücumların baş verməsi o qədər də real görünmür. Çünki ABŞ-nin raket sistemlərində kifayət qədər azalma var və bu ehtiyatların kompensasiya edilməsi istiqamətində zaman lazımdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gürcüstanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
18:22 06.10.2026
Gürcüstanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Seul Kiyevdəki səfirini geri çağıra bilər
18:16 06.10.2026
Seul Kiyevdəki səfirini geri çağıra bilər
ATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər
17:49 06.10.2026
ATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər
Fazil Məmmədov nazir müavini təyin edildi
17:31 06.10.2026
Fazil Məmmədov nazir müavini təyin edildi
Maşın məktəbli qardaşları vurdu
17:20 06.10.2026
Maşın məktəbli qardaşları vurdu
Göygöldə “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda konfrans keçirildi - FOTOLAR
17:07 06.10.2026
Göygöldə “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda konfrans keçirildi - FOTOLAR
Bakının 6 rayonunda su kəsiləcək
16:38 06.10.2026
Bakının 6 rayonunda su kəsiləcək
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
16:37 06.10.2026
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
16:33 06.10.2026
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
16:29 06.10.2026
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
16:13 06.10.2026
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
16:10 06.10.2026
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
15:55 06.10.2026
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
15:33 06.10.2026
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
15:18 06.10.2026
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
15:14 06.10.2026
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU