ABŞ-ın yüksək rütbəli rəsmiləri yaxın vaxtlarda İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının əldə olunacağını gözləmədiklərini bildirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, The Wall Street Journal” (WSJ) qəzetinin ABŞ Dövlət Departamenti və Pentaqonun rəsmilərinə əsaslanaraq verdiyi xəbərdə Qəzzada yaxın vaxtlarda atəşkəs razılaşmasının əldə edilməsinin gözlənilmədiyi bildirilib.
ABŞ mənbələrindən biri Ağ Ev tərəflərin atəşkəs razılaşmasının mətninin 90 faizində razılığa gəldiyini bildirsə də, sözügedən razılaşmanın "yaxın vaxtlarda əldə edilməyəcəyini” bildirib.
Mənbə Livanda Hizbullah üzvlərinin istifadə etdiyi peycer və radioların partladılmasından sonra "geniş miqyaslı müharibə ehtimalının artdığını” bildirərək, "bu vəziyyətin İsrail və HƏMAS arasında diplomatik səyləri daha da çətinləşdirəcəyini” qeyd edib.
Digər bir səlahiyyətli "atəşkəs razılaşmasının əldə oluna biləcəyinə dair şübhələri olduğunu" bildirərkən, bu düşüncənin arxasındakı səbəbin tərəflər arasında əldə edilə bilməyən məhbus mübadiləsi və HƏMAS-ın tələbləri olduğunu bildirdi.
Gülay












































