ABŞ müdafiə naziri Pit Heqset ictimaiyyətin 2009-cu ildə Texasdakı Fort Hud hərbi bazasında 13 əsgəri öldürən keçmiş ABŞ ordusunun psixiatrı Nidal Malik Həsənin edamını izləyə biləcəyini açıqlayıb.
Hegset "Real America's Voice"a müsahibəsində deyib: "Həsən edam olunacaq. Bu, belə də olmalıdır".
Pentaqon rəhbəri bildirib ki, insanların edam prosesini izləməsi təmin ediləcək: "Çünki hər kəs bu cür hərəkətlərin ciddi nəticələrinin olduğunu başa düşməlidir".
///teleqraf///










































