Avropa İttifaqı və ABŞ-ın danışıqlar yolu ilə gömrük tarifləri ilə bağlı problemləri aradan qaldıra və bu çərçivədə Çinə qarşı ittifaq qura biləcəyi nəzərdə tutulur.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Brüsseldə yaşayan ticarət analitiki Johann Weick Aİ ilə ABŞ arasında ticarət gərginliyi və ABŞ-nin tariflərinin Avropaya təsirləri ilə bağlı qiymətləndirmələr aparıb.
ABŞ-nin tariflərlə xüsusilə istehsal sektorunda iş yerlərini ölkəyə qaytarmaq istədiyinə diqqət çəkən Weick, "Bunun işə yarayacağını düşünmürəm" deyə bildirib.
ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tariflərin mahiyyət etibarilə vergilər olduğunu bildirən Weick, bu vergilərin qiymətləri artıracağını və yüksək qiymətlərin son istehlakçıya da yansıyacağını qeyd edib.
Şirkətlərin investisiya planlarını diqqətlə qurduqlarına, hökumətlərdən proqnozlaşdırıla biləcəyinə diqqət çəkən Weick, Trampın tariflərin bu gün cazibədar bir mühit təmin etdiyinə dair iddialarına baxmayaraq, 1930-cu illərdə tətbiq edilən proteksionist ticarət tariflərinin baha başa gəldiyini və Böyük Depressiyanı başlatdığını xatırladıb.
Weick, Aİ-nin kifayət qədər karbohidrogen enerji ehtiyatlarına və döyüş təcrübəsi olan hərbi qüvvələrinə malik olmadığından, Aİ-nin ABŞ-a qarşı durmağa kömək edəcək ticarət və tariflər baxımından çoxlu üstünlüklərə malik olmadığını bildirib.
Weick, hətta Aİ-nin daha çox enerji məhsulu almaq istəyinin də Prezident Trump tərəfindən kafi hesab edilmədiyinə diqqət çəkib.
Gülay