Abşeron rayonunda “1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü” qeyd edildi - FOTOLAR

Abşeron rayonunda “1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü” qeyd edildi - FOTOLAR
SOSİAL
15:53 01.06.2021
498

Abşeron rayonunda "1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü” qeyd edilib. Xırdalan şəhərində fəaliyyət göstərən 23 saylı körpələr evi-uşaq bağçasında baş tutan tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, bağça kollektivi və KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik süktla yad edilib. Sonra uşaqların hazırladığı rəsm sərgisinə baxış keçirilib. Şəhidlərə həsr edilən şeirlər təqdim edilib. İşğaldan azad olunan ərazilərimizə, igid qəhrəmanlarımıza, Müzəffər Ali Baş Komandan İlham Əliyevə aid mahnı və şeirlər oxunub.

Daha sonra uşaqlar biri-birindən maraqlı rəqs nömrələri göstərərək mahnılar oxuyublar.

Bundan sonra körpələri təbrik edən Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova fidanlara azad həyat və vətənə laiqli övlad olmağı arzu edib.

Uşaqların Beynəlxalq Müdafiəsi Gününün 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunmasının qərara alındığını vurğulayan İ.Gülməmmədova bildirib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra da bu bayram bütün respublikada, eləcə də Abşeron rayonunda da keçirilir. Hələ zamanında ümummilli lider Heydər Əliyevin göstərişi ilə dövlət tərəfindən uşaqların hüquqlarının hərtərəfli qorunması üçün lazımı qərarların verildiyini, onlara böyük diqqətin göstərildiyini deyən başçı əlavə edib ki, hazırda da bu siyasi kurs ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Başçı bildirib ki, eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqların qayğısına qalır, uşaqların xaricdə müalicə almasında öz köməyini göstərir.

Tədbir İradə Gülməmmədovanın uşaqlarla xatirə şəkilləri çəkdirməsi ilə yekunlaşıb.

 





OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
12:48 02.08.2026
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
Nəriman Həsənzadə dəfn olundu - FOTOLAR
12:34 02.08.2026
Nəriman Həsənzadə dəfn olundu - FOTOLAR
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
12:30 02.08.2026
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
12:24 02.08.2026
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid
12:16 02.08.2026
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
12:07 02.08.2026
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
12:04 02.08.2026
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
12:00 02.08.2026
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
11:55 02.08.2026
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
11:49 02.08.2026
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
11:42 02.08.2026
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
Paşinyan istefa verdi
11:23 02.08.2026
Paşinyan istefa verdi
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
11:03 02.08.2026
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR
11:01 02.08.2026
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR
Azərbaycanda kartdan-karta köçürmələrə limit tətbiq olunur
10:48 02.08.2026
Azərbaycanda kartdan-karta köçürmələrə limit tətbiq olunur
14 yaşlı Sahibdən 4 gündür xəbər yoxdur
10:34 02.08.2026
14 yaşlı Sahibdən 4 gündür xəbər yoxdur