Abşeron rayonunda abadlıq-təmizlik işləri görülüb - FOTOLAR

Abşeron rayonunda abadlıq-təmizlik işləri görülüb - FOTOLAR
SOSİAL
12:58 07.02.2023
171
Abşeron rayonunun Xırdalan şəhəri də daxil olmaqla bütün kənd və qəsəbələrində ümumrayon abadlıq-təmizlik və ağacəkmə işləri həyata keçirilmişdir. 
Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 4-5 fevral tarixlərində baş tutan işlərdə rayonun kənd-qəsəbə bələdiyyələri və inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri iştirak etmişdir.
 
Ümumilikdə 800 nəfərə yaxın işçi qüvvəsinin və 50-dən çox texnikanın cəlb edildiyi işlər zamanı magistral yolların, küçə və prospektlərin, məhəllədaxili yolların və dalanların, yaşayış binalarının ətrafı tikinti və məişət tullantılarından təmizlənmiş, texniki vasitələrlə ərazidən uzaqlaşdırılmışdır. Həmçinin bir sıra məişət tullantıları məntəqələrində konteynerlər yenisi ilə əvəz edilmiş və bərpa edilmişdir. Ötən qısa zaman ərzində məişət tullantıları üçün 25 ünvanda yeni məntəqə yaradılmış, 10 ünvanda isə hal-hazırda işlər davam etdirilir. 

Yaşıllıq sahələrinin artırılması məqsədilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin və şəhid ailələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirilmişdir. Ekoloji tarazlığın qorunması layihəsinin davamı olaraq keçirilən ağacəkmədə rayon gəncləri və könüllülər də fəal iştirak etmişlər. Həmçinin rayonun bütün kənd və qəsəbələrində əvvəlcədən təyin olunmuş ünvanlarda ümumi sayı 700-ə yaxın gül kolu, Eldar şamı və digər həmişəyaşıl ağacların əkilməsi həyata keçirilmişdir. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılmış, mövcud yaşıllıqlara aqroqulluq edilmişdir.

Qeyd edək ki, RİH tərəfindən həftə sonları təmizlik və abadlıq işləri mütəmadi olaraq davam etdiriləcəkdir. 

Abşeron rayon İcra Hakimiyyəti vətəndaşları tullantılar üçün nəzərdə tutulan yerlərdən kənara məişət tullantıları atmamağı xahiş edərək rayonun abadlıq və təmizliyinə öz töhvələrini verməyə dəvət edir.
 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
08:54 31.07.2026
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
08:51 31.07.2026
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
08:32 31.07.2026
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
08:23 31.07.2026
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
05:37 31.07.2026
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
03:23 31.07.2026
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
İran Bolqarıstana xəbərdarlıq etdi
02:40 31.07.2026
İran Bolqarıstana xəbərdarlıq etdi
Rusiya Durovu terrorçu elan etdi
02:19 31.07.2026
Rusiya Durovu terrorçu elan etdi
Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
01:37 31.07.2026
Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək
01:25 31.07.2026
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək
Ən gec qocalan 5 bürc
01:05 31.07.2026
Ən gec qocalan 5 bürc
Yaşı 60-dan çox olanların nəzərinə
00:47 31.07.2026
Yaşı 60-dan çox olanların nəzərinə