Rusiya Durovu terrorçu elan etdi

Rusiya Durovu terrorçu elan etdi
DÜNYA
02:19 31.07.2026
82
Federal Maliyyə Monitorinq Xidməti (Rosfinmonitorinq) "Telegram” mesencerinin həmtəsisçisi Pavel Durovu terrorçu və ekstremistlərin siyahısına daxil edib.

AZXEBER.COM xəbər verir ki, müvafiq məlumat agentliyin rəsmi saytında dərc edilib.

Rusiya hüquq-mühafizə orqanlarının məlumatına görə, P.Durova qarşı cinayət işi üzrə istintaq çərçivəsində terror fəaliyyətinə kömək etmək ittihamı irəli sürülüb. Onun beynəlxalq axtarışa verilməsi proseduruna da başlanılıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) məlumatına görə, Telegram administrasiyası Ukrayna kəşfiyyat orqanları, eləcə də terrorçu və ekstremist təşkilatlar tərəfindən Rusiya ərazisində cinayətlərin hazırlanması və əlaqələndirilməsi üçün istifadə edilən kanalların, çatların və botların silinməsi ilə bağlı Rusiya qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsində ittiham olunur.

FTX-nin məlumatına görə, 2022-ci ildən bəri Rusiyada "Telegram” vasitəsilə törədilən 153 min cinayət qeydə alınıb.

Xidmətdən, həmçinin bildirilib ki, "Roskomnadzor” bundan əvvəl Telegram administrasiyasına qanunsuz məzmunun silinməsi barədə 150 mindən çox tələb göndərib, lakin yerinə yetirilməyib.
OXŞAR XƏBƏRLƏR