Abşeron və Binəqədi rayonunda oğurluq edənlər saxlanıldı

Abşeron və Binəqədi rayonunda oğurluq edənlər saxlanıldı
SOSİAL
14:48 03.09.2026
84
Abşeron rayonunda iki avtomobildən pul vəsaitlərinin oğurlanması barədə polisə məlumat daxil olub.
 
Həyata  keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı N.Teymurov müəyyən edilərək saxlanılıb.
 
Araşdırmalarla o, nəqliyyat vasitələrinin qapısının açıq olmasından istifadə edərək əməli törədib.

Binəqədi rayonunda isə bir nəfərə məxsus velosiped oğurlamaqda şübhəli bilinən 41 yaşlı R.Niyazov da polis əməkdaşları tərəfindən saxlanılıb. 

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR