Abşeron, Xəzər, Binəqədi və Ağstafa qaz olmayacaq

Abşeron, Xəzər, Binəqədi və Ağstafa qaz olmayacaq
Bütün Xəbərlər
11:20 01.05.2012
1017
Təmir işləri ilə əlaqədar bu gün səhər saat 10.00-dan 18.00-dək “Şimal DRES” Qazpaylayıcı Stansiyasından, “Ağstafa” Avtomatik Qazpaylayıcı Stansiyasından, həmçinin “Müşviqabad” Qazpaylayıcı Stansiyasından qidalanan “Sulutəpə-Xırdalan”, “Xırdalan” Qazpaylayıcı Stansiyasından qidalanan “Mexkalon” və “Xırdalan”, “Buzovna 1-97” Qaztənzimləyici Məntəqəsindən Buzovna qəsəbəsinə gedən qaz kəmərlərində təbii qaz təchizatı dayandırılacaq.
ARDNŞ-dən AZXEBER.COM-a verilən məlumata görə, təmir işləri müddətində Xəzər rayonunun Buzovna, Albalılıq, Zuğulba, Şüvəlan, Bağlar qəsəbəsinə, Xırdalan şəhəri də daxil olmaqla, Abşeron rayonunun Qobu, Güzdək, Hökməli kəndlərinə və Mexkalon adlanan yaşayış massivinə, Binəqədi rayonunun Sulutəpə qəsəbəsinə, Ağstafa şəhəri daxil olmaqla, rayonun Dağkəsəmən, Poylu, Aşağı Kəsəmən, Qıraq Kəsəmən kəndlərinə, Poylu, Qaçaq Kərəm və S.Vurğun qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.Nigar Məmmədli
OXŞAR XƏBƏRLƏR