Abşeronda kabel oğrusu 'iş başında' saxlanıldı

Abşeronda kabel oğrusu
Bütün Xəbərlər
10:20 19.02.2013
897
Abşeron polisi elektrik naqillərini oğurlamaqla qazanc əldə etmək istəyən şəxsi iş başında yaxalayıb. Oğurluq əməlini törədən şəxs 28 yaşlı Alıyev Hidayət Vəlixan oğludur. Məlum olub ki, Hidayət Alıyev Abşeron rayon regional elektrik şəbəkəsinə məxsus yüksək gərginlikli elektrik naqillərini xüsusi üsulla kəsibmiş. Araşdırmalar zamanı onun bu yolla Bakının Binəqədi rayonunda da elektrik naqillərini oğurladığı müəyyən edilib.Abşeron RPŞ-nin müstəntiqi Məhəmməd Tağıyev saxlanılanın bu üsulu həbsxama dostundan öyrəndiyini deyib: “Müəyyən edilib ki, o bu üsulu türmədən tanıdığı Əli adlı şəxsdən öyrənib. Hidayət əvvəllər də oğurluqla bir neçə dəfə tutulub”.
OXŞAR XƏBƏRLƏR