Abşeronda kənd və qəsəbələr dezinfeksiya edilir - FOTOLAR

Abşeronda kənd və qəsəbələr dezinfeksiya edilir - FOTOLAR
SOSİAL
17:17 06.04.2020
1276
Hazırda Abşeronda koronavirus (COVİD-19) infeksiyası ilə bağlı epidemioloji durum ciddi nəzarət altında saxlanılmaqla yanaşı önləyici, profilaktik tədbirlər də təxirəsalmadan həyata keçirilir.
 
AZXEBER.COM xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı yanında yaradılan operativ qərargahın tərtib etdiyi qrafik əsasında Gigiyena və Epidemiologiya Mərkəzinin və Mənzil-kommunal İstismar Sahələrinin əməkdaşları tərəfindən bu gün də Xırdalan şəhəri də daxil olmaqla, rayonun Mehdiabad qəsəbəsi və Masazır kəndində geniş dezinfeksiya tədbirləri görülüb. Sözügedən ərazilərdəki küçə və prospektlər, binaların həyətləri, bloklar, məhəccərlər, dayanacaqlar, o cümlədən, fərdi yaşayış evlərinin ətrafları dezinfeksiya olunub.

Abşeron rayonu ərazisində həyata keçirilən "Böyüklərimizi qoruyaq!” adlı sosial aksiya bu gün də uğurla davam etdirilib. Belə ki, qərargaha 10 çağırış edilib. Yaşı 65-dən yuxarı olan sakinlər dərman vasitələrinin, ərzaq məhsullarının alınıb verilməsini və digər sosial xidmətlərin göstərilməsini xahiş edib. Onların hər birinin yaşadığı ünvana gedilərək lazimi xidmətlərlə təmin edilib. Bununla da sosial xidmət göstərilən ahılların ümumi sayı 116-a çatıb.

Qeyd edək ki, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri və "Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə başlanan sözügedən aksiya ilə əlaqədar olaraq Abşeron rayon İcra Hakimiyyətinin və 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə millət vəkili Şahin Seyidzadənin birgə təşkilatçılığı ilə "könüllü qərargahı” yaradılıb. Qərargahın yaradılmasında əsas məqsəd Abşeron rayonu ərazisində yaşayan və yaşı 65-dən yuxarı olan tənha vətəndaşları sosial qayğı ilə əhatə etmək, onlara sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas təlabat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə lazimi köməklik göstərilməsidir.

Müraciət üçün: 142 Çağrı mərkəzi (İş saatı həftə içi hər gün 10:00 - 16:00)

#böyüklərimiziqoruyaq #Covid19 #coronavirus #koronavirus #evdəqal #birkönüllü
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi - FOTOLAR
12:00 26.10.2026
Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi - FOTOLAR
“Parklanma tariflərini mərkəz özü müəyyən edir” – AzParking-dən parklanma narazılığına CAVAB
11:54 26.10.2026
“Parklanma tariflərini mərkəz özü müəyyən edir” – AzParking-dən parklanma narazılığına CAVAB
Yeni xərçəng peyvəndi ümid yaratdı: Ölüm və xəstəliyin təkrarlanma riski azalıb
11:53 26.10.2026
Yeni xərçəng peyvəndi ümid yaratdı: Ölüm və xəstəliyin təkrarlanma riski azalıb
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
11:32 26.10.2026
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
İlham Əliyev Avstriya Prezidentini təbrik etdi
11:30 26.10.2026
İlham Əliyev Avstriya Prezidentini təbrik etdi
Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal
11:21 26.10.2026
Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal
Bu həftə bürcləri nələr gözləyir? - Bu 3 bürc xoş xəbər alacaq
11:17 26.10.2026
Bu həftə bürcləri nələr gözləyir? - Bu 3 bürc xoş xəbər alacaq
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
11:13 26.10.2026
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Bakı Ekspo Mərkəzində parklanma narazılığı: “Başımızdan pul tökülmür” - Video
11:06 26.10.2026
Bakı Ekspo Mərkəzində parklanma narazılığı: “Başımızdan pul tökülmür” - Video
Elm və Təhsil Nazirliyindən İran rəsmisinin bəyanatına sərt etiraz
11:01 26.10.2026
Elm və Təhsil Nazirliyindən İran rəsmisinin bəyanatına sərt etiraz
Qubadlının azadlığı Azərbaycanın qəhrəmanlıq tarixinin parlaq səhifəsidir
10:28 26.10.2026
Qubadlının azadlığı Azərbaycanın qəhrəmanlıq tarixinin parlaq səhifəsidir
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
10:25 26.10.2026
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Ukrayna 800 minlik ordu saxlayacaq - Zelenski
09:59 26.10.2026
Ukrayna 800 minlik ordu saxlayacaq - Zelenski
Qara dəniz Fars körfəzindən də təhlükəli olub - FT
09:53 26.10.2026
Qara dəniz Fars körfəzindən də təhlükəli olub - FT
Paşinyanın partiyası bələdiyyə seçkilərində qalib gəldi
09:49 26.10.2026
Paşinyanın partiyası bələdiyyə seçkilərində qalib gəldi
Türkiyə derbisi: “Qalatasaray” bu gün “Fənərbağça”nı qəbul edir
09:43 26.10.2026
Türkiyə derbisi: “Qalatasaray” bu gün “Fənərbağça”nı qəbul edir