Ağcabədidə 2 əmioğlu qətlə yetirildi - Foto

Ağcabədidə 2 əmioğlu qətlə yetirildi - Foto
SOSİAL
12:18 27.04.2026
306
Ağcabədi rayonunda iki nəfər qətlə yetirilib.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakinləri arasında yaranmış mübahisə sonradan qanlı insidentə çevrilib.

Nəticədə, kənd sakinləri - 1996-cı il təvəllüdlü Şaiq Mamedov və 1989-cu il təvəllüdlü Həsən Mamedov qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Əliniyaz Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun münaqişə zəminində iki əmioğlunu qətlə yetirdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Bildirilir ki, tərəflər arasında ötən gün kənddə keçiriləcək toy mərasiminin ciyəraxşamı məclisində mübahisə ediblər. Həmin mübahisə bu gün davam etdirilib və qanlı hadisə baş verib.

Yaxınlarının vevrdiyi məlumata görə, Ş.Məmmədov 12 ildir evli olsa da övladı olmurmuş o, yaxın günlərdə ata olacaqmış.
 

 


OXŞAR XƏBƏRLƏR