Ötən gecə saat 22 radələrində Ağcabədi rayonunda qısqanclıq zəmnində dəhşətli qətl hadisəsi baş verib.
Rayon Prokurorluğunun müstəntiqi Orxan Səmədovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə rayonun Avşar kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü Mehman Əkbər oğlu Rüstəmov arvadı 1973-cü il təvəllüdlü Təranə Şəmsəddin qızı Rüstəmovanı qonşusuna qısqanıb. O, qonşusu 1979-cu il təvəllüdlü Fikrət Mamed oğlu Məhərrəmovla arvadının arasında münasibət olmasından şübhələnib.
Məsələni həll etmək üçün Mehman həyat yoldaşını da götürərək Fikrət Məhərrəmovanın evinə gedib. Evdə mübahisə dava ilə nəticələnib. Bu zaman ev sahibi Fikrət Məhərrəmov qonşusunu və onun arvadını bıçaqlayıb.
Hər iki şəxs ağır vəziyyətdə xəstəxanaya aparılıb. Lakin Mehman Rüstəmov yolda keçinib. Qadın isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən şəxs tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.