“AccessBank” bölgələrdə özünüməşğulluq proqramını dəstəkləməyə davam edir

“AccessBank” bölgələrdə özünüməşğulluq proqramını dəstəkləməyə davam edir
İQTİSADİYYAT
13:35 06.06.2020
1066
"AccessBank” korporativ sosial məsuliyyət siyasətinə sadiq qalaraq, əhalinin müxtəlif qruplarına dəstək olmaq üçün layihələr həyata keçirməyə davam edir. Bank, bölgələrdəki aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması məqsədilə fiziki məhdudiyyətli və şəhid ailəsinin üzvü olan vətəndaşlara şəxsi bizneslərini inkişaf etdirməkdə dəstək göstərib. Belə ki, bank tərəfindən Gəncə, Mingəçevir şəhərlərində, həmçinin, Qazax və Salyan rayonlarında yaşayan həssas əhali qrupuna daxil olan sahibkarlara kiçik bizneslərini qurmaları üçün xüsusi avadanlıqlar bağışlanılıb.  

AZXEBER.COM xəbər verir ki, bank, cari layihəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində həyata keçirir. 

2002-ci ildən kiçik bizneslərə xidmət göstərən "AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideridir. Portfelinin 90%-ni biznes kreditləri təşkil edən bank, KOB-in tələb və ehtiyaclarını çox gözəl anlayır. "AccessBank” özünəməşğulluq proqramının iştirakçılarına dəstək olmaqla, bir neçə məqsədə nail olur. Mikrosahibkarlığın inkişafına təkan verməklə yanaşı, bu cür layihələr həm də işsizliyin aradan qaldırılmasına və iş tapmaq üçün bölgələrdən şəhərlərə üz tutan əhalinin azalmasına səbəb olur. 

"Mərkəzi Bank, Banklar Assosiasiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə həyata keçirdiyi layihədə banklar bir-birilərini rəqib olaraq görmürlər. Bu layihədə tərəfdaş banklar eyni hədəf üçün çalışırlar – öz biznesini qurub və inkişaf etdirmək istəyənlərə dəstək olmaq. Bu layihə dövlət və ya özəl sektorda çalışaraq karyera qurmaq əvəzinə, sahibkarlıqla məşğul olmaq istəyən istedadlı və yaradıcı insanlar üçündür. "AccessBank” üçün bu layihədə iştirak həm də stereotipləri qıraraq özünü sahibkar kimi sınamaq istəyən cəsur insanlara dəstək olmaq deməkdir.”-deyə "AccessBank”ın İdarə Heyətinin Sədri Anar Həsənov bildirib. 
 
Qeyd edək ki, "AccessBank” özünüməşğulluq proqramına yazdan etibarən dəstək göstərir və artıq 4 bölgədə layihəni həyata keçirdib. Layihə ilin sonunadək ölkənin digər bölgələrində də icra olunacaq.  
 

 

 

 


OXŞAR XƏBƏRLƏR