AccessBank-ın baş direktoru: "Suallarınızın cavabı bizdədir"

AccessBank-ın baş direktoru: "Suallarınızın cavabı bizdədir"
İQTİSADİYYAT
13:47 10.10.2019
4531
2018-ci ilin oktyabr ayının 1-dən 2019-cu ilin oktyabr ayının 1-dək qeydiyyata alınan vergi ödəyicilərinin sayı 948,714 mindən 1 milyon 42,232 minə yüksəlib. Maraqlıdır ki, aktiv vergi ödəyicilərinin sayı 479,459 min təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 54,884 min çoxdur. Artım həm fiziki şəxslərin, həm də hüquqi şəxslərin hesabına təmin olunub. Təcrübədə sübut olunub ki, vergi ödəyicilərinin mütləq əksəriyyətinin vergi sahəsində məsləhətlərə ehtiyacı var. Məhz yuxarıda qeyd edilənlər AccessBank-ı "Vergi məsləhətçisi" xidmətini yaratmağa ilhamlandırdı.
 
AZXEBER.COM xəbər verir ki, bu yeniliyin köməyi ilə sizin heç bir sualınız cavabsız qalmayacaq. Layihənin detalları barədə AccessBank-ın baş direktoru Elşən Pirmalıyev ilə söhbətləşdik.

- Cənab Pirmalıyev, konsaltinq xidmətinin tətbiq olunması zərurəti nədən yarandı?

- İstənilən xidmət və ya məhsulun bazara çıxarılması prosesində AccessBank ilk növbədə çalışır ki, onlar maksimal şəkildə müştərilərin tələbatına uyğun olsun. "Vergi məsləhətçisi" xidməti də məhz buna xidmət edir. Bizim əsas məqsədimiz biznesə tam dəstəyin verilməsidir. Hətta buna görə, bankımız "Biznesin dostu" adını da qazanıb və bu adı qorumaq üçün daim yeniliklərə imza atır. Şübhə etmirəm ki, tətbiq etdiyimiz növbəti yenilik də müştərilərimizin və potensial müştərilərimizin işini xeyli asanlaşdıracaq. Bilirik ki, sahibkarların əksəriyyətini vergi ilə bağlı suallar maraqlandırır. "Vergi məsləhətçisi"nin köməyi ilə müştərilərimizin heç bir sualı cavabsız qalmayacaq, üstəlik, onlar biznesinə daha çox vaxt ayıra biləcək.

- Xidmətin detalları barədə söz açmazdan öncə bir sual vermək istərdik. Siz "potensial müştərilərimiz" ifadəsini də işlətdiniz. Bu, o deməkdir ki, xidmətdən yalnız AccessBank-ın müştəriləri yararlanmayacaq?

- Tamamilə doğrudur, "vergi məsləhətçi"lərimiz AccessBank-ın müştərisi olmayan sahibkarlara da faydalı məsləhətlər verəcək.

- Lahiyənin reallaşmasında əsas məqsəd nədən ibarətdir?

AccessBank-ın yaranmasında əsas məqsəd ölkədə mikro, kiçik və orta sahibkarlığın, ümumilikdə real sektorun inkişafına dəstək verməsidir və fəaliyyət göstərdiyimiz illər ərzində biz missiyamıza sadiq qalmışıq. İqtisadi şəraitə uyğun olaraq daim müştərilərimizin ehtiyaclarının qarşılanmasına və onlara dəstək olmağa çalışmışıq. Fəaliyyət müddətimiz ərzində bir gün də olsa onların maliyyə çıxış imkanlarını məhdudlaşdırmamaqla, etibarlı və sabit maliyyə tərəfdaşı olduğumuzu isbatlamışıq.

Hesab edirəm ki, maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində də nəzərdə tutulduğu kimi sektorun əsas iştirakçıları olan banklar da maliyyə savadlılığının artırılmasına dəstək verməlidirlər. Layihənin də məqsədi məhz bundan ibarətdir. Razılaşın ki, lahiyənin reallaşdırılmasının maliyyə zəncirində iştirak edən bütün tərəflər üçün faydası var.

Qeyd etmək istərdim ki, AccessBank öz fəaliyyətində biznesə qeyri-maliyyə xidmətlərinin göstərilməsi sahəsinə xüsusi diqqət ayırır. Belə ki, yerli biznes nümayəndələrinin maliyyə savadlılığının artırılması çərçivəsində bank sektorunda ilk dəfə olaraq AccessBank NFS (Non-Financial Services) layihəsini reallaşdırdı. Cari ilin ortalarında isə biznes müştərilərimiz arasında keçirilən sorğu əsasında 100-dən artıq sahibkarın iştirakı ilə vergi və gömrük sahələrinə dair biznes forum keçirdik.

- İndi isə yeni xidmətin detalları barədə danışaq. AccessBank-ın bu xidmətindən yararlananlar hansı vergi məsləhətlərini alacaqlar?

- Bu xidmətdən yararlananlar həm vergi məsələləri üzrə konsultasiya xidməti almaq imkanı qazanacaq, həmçinin vergi və DSMF hesabatlarının hazırlanmasında dəstək alacaqlar. Bundan başqa, ehtiyac olarsa, tərəfimizdən vergilərlə bağlı təlimin keçirilməsi də mümkündür. Onu da bildirmək istəyiriəm ki, bu xidmət Bank ilə əməkdaşlıq edən ixtisaslaşmış konsaltinq şirkəti tərəfindən həyata keçiriləcək.

Xidmətdən faydalanmaq üçün sadəcə 151 nömrəsinə zəng etmək kifayətdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Ukraynada sülh və Avropanın təhlükəsizliyi üçün prinsipləri dəqiq müəyyən etmək lazımdır"
19:12 12.11.2026
"Ukraynada sülh və Avropanın təhlükəsizliyi üçün prinsipləri dəqiq müəyyən etmək lazımdır"
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
18:46 12.11.2026
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
18:32 12.11.2026
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
İrlandiya Baş naziri: Ukrayna ilə bağlı görüş keçiriləcək
18:20 12.11.2026
İrlandiya Baş naziri: Ukrayna ilə bağlı görüş keçiriləcək
Putin Kremldə Trampın xüsusi elçiləri Uitkoff və Kuşneri qəbul edib
17:45 12.11.2026
Putin Kremldə Trampın xüsusi elçiləri Uitkoff və Kuşneri qəbul edib
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı
17:39 12.11.2026
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı
İrlandiyanın Baş naziri: Rusiyanın bu müharibəni dayandırmasının vaxtı çoxdan çatıb
17:21 12.11.2026
İrlandiyanın Baş naziri: Rusiyanın bu müharibəni dayandırmasının vaxtı çoxdan çatıb
İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında - FOTO
17:19 12.11.2026
İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında - FOTO
Bişkekdə Zəfər Günü qeyd olundu - FOTOLAR
17:16 12.11.2026
Bişkekdə Zəfər Günü qeyd olundu - FOTOLAR
Putin: Ukraynadakı xarici qoşunlar Rusiya üçün qanuni hədəf olacaq
17:11 12.11.2026
Putin: Ukraynadakı xarici qoşunlar Rusiya üçün qanuni hədəf olacaq
Bakıda məşhur restoranda təhlükəli bakteriyalar aşkarlandı - FOTOLAR
17:01 12.11.2026
Bakıda məşhur restoranda təhlükəli bakteriyalar aşkarlandı - FOTOLAR
Dünyanın ən qəribə 5 sərhədi: Bir evdə iki ölkə, bir adada iki dövlət
16:53 12.11.2026
Dünyanın ən qəribə 5 sərhədi: Bir evdə iki ölkə, bir adada iki dövlət
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
16:34 12.11.2026
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Lənkəranda kütləvi zəhərlənmə - 3-ü azyaşlıdır
16:33 12.11.2026
Lənkəranda kütləvi zəhərlənmə - 3-ü azyaşlıdır
“Kabinetdə oturanlar kəndlinin dərdini bilmir” – Naxçıvanda heyvandarlıqla bağlı narazılıq - VİDEO
16:32 12.11.2026
“Kabinetdə oturanlar kəndlinin dərdini bilmir” – Naxçıvanda heyvandarlıqla bağlı narazılıq - VİDEO
İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
16:23 12.11.2026
İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO